Prezidentdən balaca İmranın ailəsinə dəstək

Prezidentdən balaca İmranın ailəsinə dəstək
Xəbərlər
10.09.2017 9
İki yaşlı İmranın başına gələnlər bütün ölkədə rezonans doğurdu.
Bir neçə gün əvvəl Nabranda "Nabran Holiday Village” istirahət mərkəzinin hovuzunda faciə ilə üzləşən 2 yaşlı uşağın başına gələnlər bütün ölkədə rezonansa səbəb olub.
İmran Cəfərzadənin faciəsi ölkədə böyük həssaslıqla qarşılanıb. Artıq dünəndən bütün sosial şəbəkələrdə və saytlarda bu hadisə ilə bağlı dərc olunan çoxlu reaksiyalar öz nəticəsini verib. Belə ki, İmrana ilk dəstək tanınmış azərbaycanlı müğənni və iş adamı Emin Ağalarovdan gəlib. O öz "Facebook” səhifəsində yazıb ki, İmrtanın bütün xərclərini ödəyib.
Bir qədər əvvəl isə 2 yaşlı uşağa daha böyük dəstəyin ölkə rəhbərliyi tərəfindən edildiyi məlum olub. İmranın bibisi Aygün Muradova "Facebook” hesabında ölkə başçısı və xanımından İmrana göstərilən diqqətdən yazıb: 



"Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevaya ailəmiz adından sonsuz təşəkkürlər! Özləri şəxsən İmranın valideynləri ilə əlaqə saxlayıb balamızın bütün xərclərini öhdələrinə götürdüklərini bildiriblər. Allahım, sən nələrə qadirsən! Şükür. Min şükür!!!”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!