Müğənnidən onu yalançılıqda ittiham edənlərə cavab

Müğənnidən onu yalançılıqda ittiham edənlərə cavab
Xəbərlər
10.09.2017 33
Müğənni Elnarə Xəlilova xalq artisti Aygün Kazımovanın yolunu gedəcək. 



Sənətçi "Onlar” verilişinə açıqlamasında Hollivudda klip çəkdirmək istədiyini deyib: 



"Yeni "Sən və mən” adlı mahnıma klip çəkdirmək istəyirəm. İlhamə Qasımovanın sonuncu klipini çox bəyəndim. Buna görə də istəyirəm klipi hansısa bir Avropa ölkəsində reallaşdırım. Bəlkə də Aygün Kazımova kimi Hollivudda çəkdirdim”. 



Elnarə son vaxtlar "Centlimen” klipi ilə bağlı yayılan şayiələrdən də danışıb. Müğənninin klipin rejissorunun onu yalan danışmaqda ittiham etməsinə münasibəti belə olub:



"Mustafa Sarıkaya deyir ki, guya mən klipə 71 min manat ödədiyimi yalan demişəm. Birincisi, o, klipin rejissoru olmayıb. İkincisidə ki, mənə şirkət tərəfindən belə danışmaq lazım olduğunu bildirdilər. Mən də dediklərini etdim. Əgər bu, yalandırsa, öz günahlarıdır”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!