Taksi sürücüsü müştərini zorlamaq istədi

Taksi sürücüsü müştərini zorlamaq istədi
Xəbərlər
10.09.2017 38
Bakıdan Gəncəyə gələn 19 yaşlı qız gəldiyi taksidə sürücü tərəfindən zorlanmaya cəhd edilib. Bu barədə məlumatı Gün.Az-a Gəncə şəhər Baş Polis İdarəsindən veriblər.
Məlumata görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Əfsanə Məmmədova polisə müraciət edərək bildirib ki, şəhərin Abbas Səhhət xəstəxanasının yaxınlığında, Bakıdan Gəncəyə gəldiyi taksidə sürücü onunla zorla cinsi əlaqədə olmağa cəhd edib. Gənc qız buna nail ola bilməyən sürücünün onun çantasından 400 manat pulu götürərək qaçdığını bildirib.
Polis əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, taksi sürücüsü, Bakı şəhər sakini, xuliqanlıq hərəkətlərinə görə məhbusluq həyatı yaşayan, 1979-cu il təvəllüdlü Rza Nadirovdur. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!