Namusunu qoruyan qıza məhkəmə bəraət verdi

Namusunu qoruyan qıza məhkəmə bəraət verdi
Xəbərlər
10.09.2017 35
Bakının Sabunçu rayonu ərazisində 47 yaşlı Rafiq İsmayılovu qətlə yetirən 17 yaşlı K.M.-nin məhkəməsi yekunlaşıb. İlqar Abbasovun sədrliyi ilə keçirilən məhkəmədə gənc qıza bəraət verilib. "1news.az” saytının verdiyi məlumata görə, məhkəmədə məlum olub ki, kişi yeniyetmə qızı zorlamaq istəyərkən bıçaqlanıb.
Belə ki, Rafiq İsmayılov Bakıxanov qəsəbəsində, qız yaşayan evin yaxınlığında avtodayanacaqda işləyirmiş. Onun ilə qızın valideynləri tanış olublar. Bir gün R.İsmayılov qızın evinə girib və valideynlərinin yatmasından istifadə edərək qızı mətbəxtdə zorlamaq istəyib. K.M. mətbəxt bıçağını götürərək R.İsmayılova bir neçə bıçaq zərbəsi endirib. Ağır yaralanan Rafiq İsmayılov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmə müdafiə olunarkən qəsdən adam öldürmə ilə ittiham olunan 17 yaşlı qızın haqqında bəraət çıxarıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!