Evliliyinin 2-ci ayında ölən gəncin dəhşətli HƏYAT DRAMI

Evliliyinin 2-ci ayında ölən gəncin dəhşətli HƏYAT DRAMI
Xəbərlər
10.09.2017 7
Bəzən bircə əyləc səsi insan həyatını yarıda qoymağa kifayət edir. Təkcə
bir insanın yox, onun bütün ailəsinin, ətrafının, yaxınlarının bir ömür
boyu çəkəcəyi acını yaşatmağa yetərli olur. Hər gün qarşılaşdığımız
qəza xəbərlərində həlak olanlarla bağlı məlumat bizim üçün sadəcə bir
rəqəm ola bilər. Amma düşündüksə ki, bir insanın həyatını yarıda kəsən o
əyləc səsindən sonra da bir həyat və o həyatı yaşamalı olan insanlar
var... Bax o zaman əsl həyat dramının bundan sonra başladığına
inanırsan...



Bu dəfə belə həyatlardan birindən yazacağıq - iyulun 27-də Bakının
akademik Həsən Əliyev küçəsindəki tuneldə baş verən ağır qəzada həlak
olan Sultanov Vüqar Sultanqulu oğlundan. 26 yaşlı bu gəncin həyatı da
bircə əyləc səsindən sonra yarımçıq kəsildi, arxada acılı bir ana,
gözüyaşlı həyat yoldaşı və eşidənləri dəhşətə salan ailə dramı qoydu.
Yaxınlarının AzNews.az-a verdiyi məlumata görə, Vüqar Sultanov ölümlə
nəticələnən avto qəzadan cəmi 2 ay əvvəl ailə həyatı qurub: "Mayın 8-də
toyu oldu. Cəmi 2 ay xoşbəxt yaşaya bildilər. Bir il əvvəl, iyulun 5-də
isə atası vəfat etmişdi. Atasının ili çıxandan bir neçə gün sonra Vüqar
da dünyasını dəyişdi. Həyat yoldaşı öz dayısı qızıdır, həm ərini, həm də
bibisi oğlunu itirdi. Gəlinin özünün də atası çox gənc - 39 yaşında
vəfat edib. Ailə indi bir-birinin ardınca gələn bu faciədən nə edəcəyini
bilmir”.



Hadisə baş verən gün maşını Vüqar yox, iş yoldaşı idarə edib. Həmin
maşının sürücüsü də daxil olmaqla 4 nəfərin ağır yaralandığı qəzadan
geriyə ancaq və ancaq daha bir ailənin heç nə ilə təsəlli olunmayacaq
dərdi qalıb. İnsanlar bu dərdlə yaşayacaq, yaşlaşacaq, ancaq
unutmayacaqlar. Hər əyləc səsində onu xatırlayacaqlar, əslində heç zaman
unutmasalar da...



Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yaşayan ailənin 3 övladından
son beşiyi olan Vüqarın yarımçıq həyatı bundan sonra xatirələrdə
yaşayacaq. Və bir də gənc bir insanın həyatını yarımçıq kəsən avto
qəzanın günahkarının vicdanında...



Elnarə//AzNewsскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!