Gəncədə qız ali məktəbə daxil oldu və intihar etdi...

Gəncədə qız ali məktəbə daxil oldu və intihar etdi...
Xəbərlər
10.09.2017 34
Gəncədə qız ali məktəbə daxil oldu və intihar etdi...

Vüsalənin normal təhsil ala bilməsi üçün ailəsinin maddi imkanı yetərli olmayıb.

Dünən Gəncə şəhərində intihar hadisəsi baş verib.

Qadinlar.Biz oxu.az-a   istinadən xəbər verir ki, Gəncənin Kəpəz rayonu, 7
saylı orta məktəbinin məzunu Fərzəliyeva Vüsalə Ələddin qızı özünü
yaşadığı Elbrus Allahverdiyev küçəsindəki binanın damından asıb.

Gəncə hüquq-mühafizə orqanlarından verilən məlumatda isə intiharın şok səbəblərindən bəhs edilir.

Həmin informasiyada bildirilir ki, gənc qızın özünə qəsd etməsinin səbəbi maddi imkansızlıq olub.

Belə ki, Fərzəliyeva Vüsalə bu ilki imtahanların nəticələrinə görə, ali
məktəbə qəbul olunsa da Bakıda normal təhsil ala bilməsi üçün ailəsinin
maddi imkanı yetərli olmayıb.

Ali təhsil almağı nə qədər
arzulasa da Bakıda yaşayamaq və təhsil almaq onun üçün əlçatmaz olduğu
qənaətinə gəlib və sonda çıxış yolunu canına qəsd etməkdə görüb.

Qeyd edək ki, bu Gəncədə son zamanlar dördüncü intihar hadisəsidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!