Azərbaycanda hadisə: Körpə yatarkən qana bələnir - FOTO

Azərbaycanda hadisə: Körpə yatarkən qana bələnir - FOTO
Xəbərlər
10.09.2017 14
Göyçayda azyaşlı uşağın üzləşdiyi qeyri-adi vəziyyət hamını heyrətə gətirir



Qadinlar.Biz`in Lent.az-a istinadən məlumatına
görə, rayonun Xəlitli kənd sakini, 2012-ci il təvəllüdlü Abdullayev
Hüseyn Rövşən oğlu yatandan beş dəqiqə sonra onun gözlərindən,
qulağından və burnundan qan axır, sifəti qandan görünməz hala düşür. Bu
hal uşaq yalnız yuxuda olan zaman baş verir. Uşaq çoxlu qan itirsə də,
onun səhhətində heç bir problem yaranmır. O, yuxudan ayılan kimi qan
kəsilir. Hüseyn çox sağlam və qıvraq uşaqdır, öz istedadı və maraqlı
hərəkətləri ilə yaşıdlarından tam fərqlənir. Uşağın atası Göyçayın
Xəlitli kəndində anadan olub, anası isə Xocalı sakinidir.



Balaca
Hüseynin səhhətində baş verən bu qeyri-adi halın məhz Göyçay ərazisində
baş verməsi görənləri və eşidənləri təəccübləndirir. Bu səbəbdən də
uşağın doğulduğu rayonda və kənddə yaşaması müşkülə çevrilib.
Valideynləri dəfələrlə uşağı Göyçaydan başqa rayonlara aparıblar. Hüseyn
orada yatarkən onun gözlərindən qan gəlməyib.



Balaca Hüseynin
üzləşdiyi problem 6 aydır davam edir. O, anadan olandan 8 ay sonra bu
möcüzəvi halla rastlaşıb. Bu səbəbdən də uşaq və onun valideynləri
Göyçaydan kənarda, Gəncə şəhərində kirayə ev tutaraq yaşamalı olurlar.
Vaxtaşırı olaraq doğulduğu Xəlitli kəndinə gələn Hüseynin yatarkən
gözlərindən qan axması hamını çarəsiz qoyub. Hüseynin müqəddəs Ramazan
bayramı ilə əlaqədar ata yurduna gəlişi də, necə deyərlər, qanla
nəticələnib. O, cəmi 5 saat ata-babasının evində qala bilib və
valideynləri onu 4 dəfə yatızdırmağa cəhd ediblər. Hər dəfə yuxuya gedən
balaca Hüseyn qana batdığı üçün onu dərhal Gəncəyə aparmalı olublar.



Bu
möcüzə qarşısında həkimlər də aciz qalıblar. Bakıda yerli və xarici
həkimlər tərəfindən dəfələrlə müayinə edilən Hüseynin dərdinə əlac
tapılmır. Həkimlər uşağın yatarkən gözlərindən qanın axmasını heç bir
xəstəliklə əlaqələndirmirlər. Aparılan analizlərin nəticəsinə görə, uşaq
tam sağlamdır. Uşağın valideynləri tanınmış tibb mütəxəssislərinə
müraciət edərək, onun probleminin həll olunmasına köməklik etmələrini
istəyirlər.



Bəzi mütəxəssislər bu uşağın tibbi sarıdan probleminin olmadığını, onun ilahi vergili bir bəndə olduğunu bildirirlər.



Azərbaycanda hadisə: Körpə yatarkən qana bələnir - FOTO
 
Azərbaycanda hadisə: Körpə yatarkən qana bələnir - FOTO
 
Azərbaycanda hadisə: Körpə yatarkən qana bələnir - FOTO
 
Azərbaycanda hadisə: Körpə yatarkən qana bələnir - FOTO
 
Azərbaycanda hadisə: Körpə yatarkən qana bələnir - FOTO
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!