Aktrisa: Azərbaycan kinosunda ilk fahişə mən olmuşam – Video

Aktrisa: Azərbaycan kinosunda ilk fahişə mən olmuşam – Video
Xəbərlər
10.09.2017 51
 
Azərbaycanlı aktrisa: Azərbaycan kinosunda ilk fahişə mən olmuşam – Video
"Soyunaram, amma sekslə məşğul olmaram”.
Son
vaxtlar aktrisa Vəfa Zeynalovanın erotik epizoda çəkilməsinə qarşı
birmənalı olmayan fikirlər bir çox aktrisaları da əməlli-başlı
qəzəbləndirib.
 
Qadinlar.Biz əməkdar artist Mehriban Xanlarova açıqlama verərək vaxtilə özünün də erotik filmə çəkildiyini etiraf etdi və bununla fəxr etdiyini söylədi:
 
"Azərbaycanda ilk dəfə fahişə roluna mən
çəkilmişəm - Şahmar Ələkbərovun "Sahilsiz gecə” filmində. Erotik rol
idi, mən orda gecə köynəyimi yuxarı dartmışam. Açıq səhnə demək olardı
ona. Həmin vaxt məni az qala daş-qalaq edəcəkdilər. Hətta xəbərlər
yayıldı ki, Mehribanı döyüblər. Düzdür, bəzi ağzıgöyçək arvadlar üstümə
gəldilər, amma özləri deyib özləri də eşitdilər. Hollivud filmlərinin
erotika və sekslə dolu olan səhnələrini acgözlüklə seyr edən bizim
kişilər indi nə yaman mühafizəkar olublar?”
 
Aktrisa onu da bildirdi ki, bir vaxtlar
Rasim Ocaqovun lentə aldığı "Təhminə” filmindəki Təhminə obrazı ona
həvalə edilibmiş, amma nədənsə sonradan türkiyəli aktrisaya verilib:
 
"Mən təyin olunmuşdum o rola, yataq
səhnəsinə də çəkiləcəkdim. Amma bilmədim nə oldu, Rasim Ocaqov qəfildən
Meral Komratı bu filmə dəvət etdi. Bəh-bəhlə o səhnəyə baxırlar, amma
mən çəkilsəydim, şəbədə qoşardılar”.
 
"Hansısa rejissor yataq səhnəsinə dəvət etsə, çəkilərsinizmi” sualına Mehriban xanım belə cavab verdi:
"Məmnuniyyətlə. İstər əcnəbi, istərsə də
yerli bir rejissor məni yataq səhnəsinə dəvət etsə, razılıq verərəm.
Yalan nə deyim, soyunaram, amma sekslə məşğul olmaram”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!