Bakıda gənc qızın Facebook macərası oğlanlar arasına qan saldı

Bakıda gənc qızın Facebook macərası oğlanlar arasına qan saldı
Xəbərlər
10.09.2017 7
Bakı şəhərində Facebook tanışlığı qanlı sonluqla bitib. Bu gün Bakı
Şəhər Baş Polis İdarəsi paytaxt ərazisində baş vermiş bıçaqlanma ilə
bağlı məlumat yayıb. İdarədən Milli.Az-a daxil olan məlumatda deyilir
ki, avqustun 19-da Q.Qarayev prospektində Bakı şəhər sakini Orxan Tarverdiyev bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib.



Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının
keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən
Bakı şəhər sakini Salman Salmanzadə tutulub.



Milli.Az
qanlı hadisəyə yol açan səbəbi öyrənib. Nizami Rayon Polis İdarəsinin
25-ci polis bölməsindən öyrəndik ki, S.Salmanzadəni əlini bıçağa atmağa
vadar edən O.Tarverdiyevin onun bacısı ilə Facebook-da yaranmış
münasibətidir. Salman hadisədən əvvəl bacısının sosial şəbəkədə Orxanla
danışdığını görüb. O, Facebook-dan Orxanın əlaqə nömrəsini götürərək ona
zəng edib, "razborka”ya çağırıb. Qara Qarayev prospektində görüşən
zaman Salman özü ilə gətirdiyi bıçaqla Orxanın qarnına vurub. İki bıçaq
zərbəsi alan Orxan ağır vəziyyətdə xəstəxanaya aparılıb.



Bundan
sonra Laçın rayonundan məcburi köçkün olan S.Salmanzadə tutularaq polisə
gətirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!