Azərbaycanda qardaş qardaşı öldürüb arvadına yiyələndi - VİDEO

Azərbaycanda qardaş qardaşı öldürüb arvadına yiyələndi -  VİDEO
Xəbərlər
10.09.2017 7
Qatil qardaş 12 il müddətində azadlıqdan məhrum edilib



Goranboyda
dəhşətli ailə dramı baş verib. "Kanal Baku” xəbər verir ki, rayonda
yaşayan Alcanovlar ailəsində qardaş qardaşını öldürərək arvadına sahib
olub.



Belə ki, Alıcanovlar ailəsində 2 qardaş
və 2 bacı valideynlərini itirdikdən yetim qalıblar. Dolanışıqları çətin
olduğundan Ruslan və Nurlan qardaşları bacılarını internata verib,
özləri isə ata evində yaşayaraq fəhləliklə birtəhər başlarını
dolandırıblar. Evin kiçik oğlu Nurlan isə bacılarını unutmayıb və
tez-tez onları ziyarət edib.



18 yaşı tamam
olanda Nurlan Alıcanov hərbi xidmət keçir. Qardaşı hərbi xidmətdə
olarkən Ruslan qonşu kənddən Nigar adlı qızı qaçırıb və onunla evlənib.
Nurlan hərbi xidməti başa vurduqdan sonra, Ruslan onu ata mülkünə
buraxmaq istəməyib. Nurlan zorla da olsa evə girib. Bundan sonra
qardaşlar hər gün mübahisə edirləb. Ən böyük mübahisə isə Nurlan
bacılarını evə gətirmək istəyəndə baş verib. Bu zaman Ruslanın həyat
yoldaşı atası evində olub.



Qardaşlar arasında
mübahisə sonradan əlbəyaxa davaya keçib. Mübahisə zamanı Nurlan evdə
olan baltanı götürərək Ruslanı öldürüb. Nurlan Alıcanov qardaşını
öldürəndən sonra onun meyidini həyətdə basdırıb. Evdə olan qan izlərini
isə təmizləyib. Bir neçə gündən sonra Ruslanın arvadı evə qayıdıb.
Nurlan arvada ərinin Bakıya getdiyini bildirib. Bir müddət sonra ərinin
Bakıdan qayıtmadığını görən Nigar bu barədə televiziyada elan vermək
istəyib.



"Ruslan telefon oğurluğu ilə məşğuldur. Onun şəklini görsələr tutacaqlar”, - deyə Nurlan Nigara etiraz edib.



Qaynına
inanan Nigar bu fikrindən dönüb. Bir müddət Nigarla bir evdə yaşayan
Nurlan sonradan qadına intim münasibətlər təklif edib. Onlar arasında
ər-arvad münasibətləri başlayıb. Bu arada Nurlan bacılarını da unudub.



Onların
eşq macərası bir il çəkir. Nurlanın cinayətinin üstü isə qohumların
Ruslanın itkin düşməsi barədə polisə məlumat verməsindən sonra açılıb.
Araşdırmalar zamanı polis Ruslan Alıcanovun öldürülməsi qənaətinə gəlib.
İlk olaraq Ruslanı sonuncu dəfə görən Nurlan dindirilib. Dindirilmə
zamanı Nurlan cinayətini etiraf edib və meyidi basdırdığı yeri göstərib.
Polis dərhal Nurlanı həbs edərək məhkəməyə təhvil verib. Məhkəmə zamanı
Nurlan qardaşını bacılarını istəməsi üçün öldürdüyünü deyib. Qardaşının
arvadına göz dikməsinin səbəbini soruşduqda isə Nurlan sualı cavabsız
qoyub.



Nigar ərinin yoxa çıxmasının
səbəbkarının Nurlan olmasından ilk gündən şübhələndiyini bildirib. Lakin
bu barədə polisə məlumat verməməsinin səbəbini və digər sulları
cavablandıra bilməyib.



Məhkəmənin hökmü ilə Nurlan Alıcanov 12 il müddətində azadlıqdan məhrum edilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!