Nanə Ağamalıyeva: “...stolun üstə çıxıb hər gün şou göstərirdim” - FOTO

Nanə Ağamalıyeva: “...stolun üstə çıxıb hər gün şou göstərirdim” - FOTO
Xəbərlər
10.09.2017 74
"Diskotekaya getməmişəm. Bizim ailədə buna çox pis baxırlar”



Tanınmış teleaparıcı Nanə Ağamalıyevanın "Qafqazinfo”ya müsahibəsi:



 - Həkimlikdən ayrılıb televiziyaya gəldiniz. Televiziyada sizi cəlb edən nə idi?



-
Mən uşaqlıqdan aparıcı olmaq istəmişəm. Rejissor olaraq da özümü
görürdüm, ssenarilər yazırdım. Aktrisa da olmaq istəyirdim, məktəbdə
tez-tez səhnəciklər qururdum. Lakin valideynlərim razı olmadı. Biz
anamın istədiyi ixtisaslara yiyələnmişik. Anam məni həkim olaraq
görürdü. Mən də Azərbaycan Tibb Universitetinə qəbul oldum.
Universitetdə çox fəal idim. "Çinar” rəqs qrupunda rəqs edirdim.
Universiteti bitirib diş həkimi işləməyə başladım. Həkimliyi çox
sevirəm. İndiyə kimi valideynlərimə təşəkkür edirəm ki, onların israrı
ilə bu təhsili aldım. Lakin düşünürdüm ki, bu mən deyiləm. VIII sinifə
kimi rus bölməsində təhsil almışam. 5 yaşımdan Fidan adlı qızla dostluq
edirdim. Məktəbdə dəcəllik etdiyimiz üçün məni Azərbaycan bölməsinə
keçirdilər. Burada Azərbaycan dili və ədəbiyyatı müəllimim çox güclü
idi. Ona görə indi mən mükəmməl Azərbaycan dilində danışıram. Amma
ağlıma gəlməzdi ki, gəlib televiziyada karyeramı qura bilərəm. Məncə bu
bir qismətdir.



- Bəs televiziyaya gəlişiniz necə oldu?



-
Universitetdə də, xəstəxanada da işləyərkən stolun üstə çıxıb hər gün
şou göstərirdim. Yaşlı həkimlər mənim dəcəlliklərimə baxırdılar. Hələ də
vaxtım olanda xəstələrimi müalicə edirəm. Ölkə xaricinə gedib
ixtisasımı mükəmməlləşdirməyi planlayırdım. Doğum günümdə düşündüm ki,
dəyişiklik etməliyəm və internet kluba getdim ki, televiziyalara cv
göndərim. Rəfiqəm elə internetdə yazdı ki, radioda televiziyaya aparıcı
axtardıqları barədə elan gedib, nömrəni götürüb zəng etdim, kastinqlərdə
iştirak etdim və 500 nəfərin içindən seçildim.



- Sizcə, Nanə Ağamalıyeva deyəndə tamaşaçının ağlına kim və hansı obraz gəlir?



 -
Heç istəməzdim belə olsun. Son vaxtlar Nanə deyəndə ağıla müğənniləri
ağladan aparıcı gəlir. Məni yaxşı şeir deyən aparıcı  və həkim qız
olaraq da xatırlayırlar.



- "Ulduz oldun” verilişində müğənniləri bilərəkdən, reytinq xatirinəmi ağladırdınız, yoxsa elə alınırdı?



-
Elə alınırdı. Təməli Aygün Kazımova qoydu. İlk qonağım idi və qızı
İlqarədən danışanda ağlamağa başladı. Daha sonra qonağım Nisə Qasımova
oldu. Anası rəhmətə getdiyi üçün efirə çıxmaq istəmirdi. Nisə xanımı
dünyalar qədər sevirəm. Bilirdim ki, o insan anasına çox bağlıdır və o
veriliş böyük reytinq toplayacaq. Daha sonra Vasif Məhərrəmli gəldi,
sonra Nadir Qafarzadə qonaq oldu. Veriliş səmimi insanlar üzərində
quruldu. Nə onlar oynadı mənimlə, nə də mən onlarla. Düzdür verilişimdə
rol oynayanlar da oldu, gələn kimi başlayırdılar ağlamağa və mən başa
düşmürdüm nəyə görə ağlayırlar. Əsasən bunlar gənc ifaçılar idi,
onlardan çəkinirdim. Çünki insan dərdini belə tez danışmaz. Elə insanlar
olurdu ki, deyirdim onları ağlatmayacam. Amma ürəklə elə danışırdım ki,
onlar başlayırdı ağlamağa və mən də onlara qoşulurdum. Mən çox kövrək
insanam. Aşıq Tellini heç vaxt ağlatmaq istəməzdim. Düşünürdüm ki, bu
qadın ağlamaz, amma ağladı. Manana heç yerdə danışmadığı hadisələri
mənim verilişimdə danışdı, Bakıya köçmə səbəbələrini açıqladı.  Bütün
verilişlər maraqlı alındı. Buna görə hər kəsə təşəkkür edirəm.



- "Mən bir az ondan danış” şeiri sizin ifanızda məşhurlaşdı. Bu şeir haqda nə deyə bilərsiniz?



-
Şeirin müəllifi Vüqar Rahildir. Bu şeiri ilk dəfə sumqayıtlı otaq
yoldaşlarımdan eşitdim. Dedilər müəllifi Nüsrət Kəsəmənlidir. Nə qədər
axtardım müəllifi tapmadım və efirdə şeirin müəllifinin Nüsrət Kəsəmənli
olduğunu dedim. Bu şairin şanssızlığı idi. Amma şeir mənim ifamda
bəyənildi və məşhurlaşdı.



- Teleaparıcılardan kimləri bəyənirsiniz?



-
ATV kanalında çalışan bütün aparıcıları sevirəm. Digər telekanallardan
Kamilə Babayeva, Nəsib, dj Fateh, Murad Arif, İlham Mirzəyev, Nərgiz
Cəlilova sevdiyim aparıcılardır.



- Televiziyada kimləri və nələri görmək istəməzdiniz?



-
Mən səmimi insanam. Ona görə düzünü deyəcəm. Reytinq xətrinə şəxsi
həyatından nələrisə yalandan paylaşan insanlar məndə ikrah hissi oyadır.
Çünki mən həqiqətləri bilirəm və onların necə oynadığını görürəm. Bu
cür hadisələrin baş verməsini istəməzdim. O ki, qaldı kimləri görmək
istəmirəm sualına hamını görmək istəyirəm. Məndə aqressiya yoxdur.



 - Ailə qurmaq haqqında düşünmürsünüzmü?



 -
Mən heç vaxt aşırı ailə qurmaq həvəskarı olmamışam. Mən bu insanla
həyatımın sonuna qədər yaşaya bilərəm, o insana aid ola bilərəm və ya o
insan mənə aid ola bilər deyib söykənə biləcəyim biri qarşıma çıxmayıb.
Uşaqları həddindən artıq çox istəyirəm. Allahın qismətinə çox inanıram.
İstəyirəm ki, yanımdakı insan mənə doğma əziz olsun, ata evindən çıxanda
ağlaya-ağlaya çıxmayım, gözlərim sevincdən parıldasın.



 - Kariyeranızı televiziyada qurmusun. Kariyeranızı ailənizə qurban verərsinizmi?



 -
Əlbəttə, qurban verərəm.Ailə qurmaq, ana olmaq istəyirəm. İstəyirəm
uşağımın ilk addımını mən görüm. Niyə dayə görməlidir? Neçə il əvvəl bu
sualı mənə versəydiniz, yox deyərdim. Amma indi fərqli düşünürəm.
Hazırda işim məni xoşbəxt edir. Ailə qurduğum adam məni işim qədər
xoşbəxt edəcəksə, televiziyadan ayrılaram.



 - Xəyalınızdakı "Ana Nanə” obrazı necədir?



-
Siz haradan bildiniz ki, mən iki gündür bu haqda düşünürəm? Xəyalımdakı
"Ana Nanə” çox şən, pozitiv, dost, uşağının hər addımını biləcək, onu
xoşbəxt edəcək və o xoşbəxtliyi ona dəfələrlə xatırladacaq ana olacaq.
Çalışacam həyatımın heç bir neqativini ona hiss etdirməyim. Bizi
kənardan bədbəxt etmək istəyən insanlar çoxdur. Uşağımı çox şən və
pozitiv böyüdəcəm. O zaman ona heç nə təsir etməyəcək və o mükəmməl
olacaq. İstəyirəm uşaqlarım məni adımla çağırsınlar. Düşünürəm ki, mənə
ana desələr kövrələrəm. İstəyirəm ki, mama yox, ana desinlər.



 - Həyatınızda hansı məqamlar var ki, onların baş verməsini istəməzdiniz?



-
Çox təəssüf ki, həyatımda görmək istəmədiyim insanların hamısı ilə
rastlaşdım. Həyatda heç nə səbəbsiz olmur. Qardaşımın rəhmətə getməsini
heç istəməzdim. Ondan sonra gözlərim gülmür, üzüm gülsə də, gözlərim
gülmür. Valideynlərim arzu və xəyallarının yarısını onunla itirdilər.



 - Haqqınızda təhqirlər və tənqidlər oxuyanda nə düşünürsünüz, hansı hisləri keçirirsiniz?



-
Axır vaxtlar təhqirləri oxumuram, şəkil paylaşıram şərhlərə baxmıram,
şifrəmi dostlarım bilir girib təhqirləri silirlər. Mən o təhqirləri öz
aləmimdə oxumuram, gözüm görür, amma görməzliyə vururam. Təhqir edənlərə
tərbiyəsiz və əlinə fürsət düşən insan kimi baxıram. Elə tənqidlər var
ki, bizim xeyirimizə olur. Biz bu cəmiyyət üçün yaşayırıq. Onların
tənqidini necə nəzərə almamaq olar? Əgər bu gün özümüzü qonşuya
göstərmək üçün bahalı telefon alırıqsa, qohumdan utanıb istədiyimiz
böyük hadisələrdən imtina ediriksə, deməli cəmiyyətin fikri bizə
maraqlıdır.



- Nanə müasir qadındır?



 -
Müasirlik nədir mən bilmirəm. Mən diskotekaya getməmişəm. Bizim ailədə
buna çox pis baxırlar. Televiziyaya gələndən sonra sərbəstləşmişəm. Əsas
odur evdə özümü doğrultmuşam. Mən heç vaxt klublara getmirəm. Orada
mənim ruhum qidalanmır. Mən Məhəbbət Kazımova, Baloğlan Əşrəfova, Akif
İslamzadəyə, Şövqət Ələkbərovaya qulaq asıram və milli rəqslər edirəm.



 - "Gül güzeli” mahnısını ifa etmişdiniz. Oxumaq fikri sizdə necə yarandı?



-
Türkiyədə dedim ki, bu mahnını ifa edə bilərəm. Mənə dedilər ki, ifa
edə bilməzsən, çox çətindir. Gökhan Hakan qardaşlar var. Onlara zəng
etdim dedim bu mahnının minusunu mənim üçün çıxarda bilərsiniz? Dedilər
ki, çox çətindir. Daha sonra zəng etdilər ki, bir dəfə xahiş etmisiniz
gəlib ifa edin. Mahnı internetdə yayılanda mən Türkiyədə idim. Bir gündə
10 min dəfə izlənmişdi. Müğənnilər yazırdı ki, çörəyimizi əlimizdən
aldın və heç kim mənfi rəy yazmadı. Düşünürəm ki, bunu davam etdirmək
lazımdır. Artıq növbəti mahnı hazırdır, yaxın günlərdə səslənəcək.



 - Yeni mövsümdə hansı yeniliklər və layihələr olacaq?



-
"Gün keçir” proqramı tam fərqli formatda ekranlara gələcək. Mən
tamaşaçı olsaydım, sevə-sevə izləyərdim. Tamaşaçını bir çox sürprizlər
gözləyir və sentyabrda bu veriliş partlayış edəcək.



Könül

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!