Röya: “Ərim məni qoyub getdi...” - MÜSAHIBƏ

Röya: “Ərim məni qoyub getdi...” - MÜSAHIBƏ
Xəbərlər
10.09.2017 4
 
Qadinlar.Biz bildirir ki, müğənni Röya Ayxan lent.az-a müsahgibə verib. 




- Röya, haqqında gəzən söz-söhbətlərə, qalmaqallara həyat yoldaşının münasibəti ? 

-
Anar çox maraqlı kişidir. Azad və istədiyim kimi yaşadığım üçün
xoşbəxtəm. Hər addımımda onun icazəsi var, onun sözündən qırağa
çıxmıram, çox udmuşam. Ən əsası odur ki, ərim bu günə qədər də mənim
üçün ölür. Bax, ən vacibi budur. Bunu qazanmaq lazımdır. 

- Neçə ildir ki, evlisiz, nəyi bölüşə bilmirsiniz? 

-
Hərdən lap uşaq kimi oluruq. Bu yaxınlarda yolun ortasında əsəbiləşib
maşından düşdü, məni qoyub getdi. Hamı bizə baxırdı. Evdə bizə güldülər
ki, siz ər-arvadsız, sevgili deyilsiniz, valideynsiz artıq. Ancaq bu
həyəcanlar olmalıdır da. Bu, ölənə qədər də olacaq. Ailədə hər şey baş
verir. Mən müğənniyəm. O, 17 yaşlı qız yox, ulduz alıb. 

- Ulduzunu qısqanırmı? 

-
O, ulduzla evləndiyini get-gedə unudur, narazı olur, əsəbiləşir. Ona
deyəndə ki, gecə saat 4-ə qədər səsyazma studiyasında mahnı yazdırcam,
bunla razılaşmır. İndi başa sala bilmirəm, amma əvvəl daha səbirli idi.
O, indi evə daha çox bağlıdır, mənsə yox. Mənə demişdi ki, "Göndər”
klipin efirə getsə, səni boşayacam. Səhər durdum, dedim ki, "Qadan alım,
bu qələm bu da kağız, gəl, qol çək”. 

- Onsuz yaşaya bilərsiz ? 

- Yaşaya bilmərəm, darıxaram, qalammaram, yox! Allah heç bir ailəni kişisiz, uşağı atasız, ulduzu isə tək qoymasın. 

- Deyəsən, Sizi ayırmaq istəyənlər çoxdur... 

-
Bu, əslində belə də olmalıdır. Bu cür işlərlə 2-3 nəfər məşğuldur, hamı
yox, onlar məndən narazı olanlardır, yığıblar məndən... 

- Ən çox kim qazanır? 

- Mən. Qazanıram, paltar alıram qohumlarıma, valideynlərimə, qardaşıma, işçilərimə xərcləyirəm. Osa ailəni dolandırır. 

- Yəqin uşağınız üzünüzə həsrətdir? 

-
Yox, niyə həsrətdir ki? Axşamlar gedirəm toya, gəlirəm ki, o, hələ
yatmayıb, saat 2-də də olsa məni gözləyir, güclə yatızdırırıq..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!