Bakıda hicablı qadın zorlandı!

Bakıda hicablı qadın zorlandı!
Xəbərlər
10.09.2017 104
"Bu əclaflar qanunun tam ciddiyyəti üzrə cavab verəcəklər”.

Bakının Sabunçu rayonunda qrup şəklində zorlama hadisəsi baş verib.

Hadisə Albalı qəsəbəsində baş verib.

Qadinlar.Biz xəbər verir ki, bu barədə Vesti.Az-a Sabunçu rayon Polis İdarəsindən bildiriblər.

Əldə olunmuş məlumatlara görə, sentyabrın 4-dən 5-nə keçən gecə,
təxminən gecə saat 02:00 radələrində 35 yaşlı yerli sakin A.M.-in evinə
(adı etik səbəblərdən çəkilmir) iki kişi daxil olublar. Cinayətkarlar
evə pəncərədən giriblər.

Qadın evdə tək olmayıb. Onun iki
övladı bu vaxt yatıblarmış. Zərərçəkmiş bildirib ki, cinayətkarlar onu
növbə ilə zorlayıblar, bu zaman onlardan biri qadının əllərindən və
ağzından tuturmuş ki, o, səs salmasın.

Zərərçəkmiş həmçinin
bildirib ki, kişilərin adlarını bildirir, çünki bu şəxslər onun əri ilə
tanışdırlar. Onların adı Mübariz və Adildir. Həmin gecə şikayətçinin əri
özü evdə olmayıb. O, qəlyançı işlədiyi kafedə qalıbmış. Əməliyyatçılar
güman edirlər ki, zorlama hadisəsini törətmiş şəxslər qadının ərinin
planlarından xəbərdar olublar və buna görə də, onun evinə gecə vaxtı
gəliblər.

Qeyd edək ki, əməliyyatçılar təxminən hansı Adildən
söhbət getdiyini bilirlər – Naxçıvandan olan bu şəxs qəsəbədə yaşayır
və pis adam kimi tanınır.

"Zərərçəkmiş şəxs tərbiyəli, dindar
qadındır, hicab da taxır. Bu əclaflar qanunun tam ciddiyyəti üzrə cavab
verəcəklər. Biz hətta ailədə parçalanma olmamaq üçün qadına zorlama
barədə ərinə danışmamağı təklif etdik. Lakin o dedi ki, həqiqətin üstü
əvvəl-axır açılacaq və buna görə də, o, hər şeyi ərinə etiraf edəcək.
Sonrasına baxarıq” – deyə, rayonun 14-cü polis şöbəsindən bildiriblər.

Hazırda əməliyyatçılar şübhəli şəxslərin axtarışını davam etdirirlər.
Qrup şəklində zorlama hadisəsi ilə bağlı cinayət işi qaldırılıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!