Günayın nişanlısının atası yüksək vəzifə sahibi imiş!

Günayın nişanlısının atası yüksək vəzifə sahibi imiş!
Xəbərlər
10.09.2017 9
Qadinlar.Biz publika.az-a istinadən bildirir ki, Metropolitenin işçısı Günay Məmmədovanın faciəvi ölümü ilə bağlı
müəmmalar narahatlıq doğurmaqdadır. Atası Hüseyn Məmmədov
müsahibəsində qızının faciəli ölümündə onun nişanlısını günahlandırıb. O
bildirib ki, bu iddianı sübut edəcək görüntülər hadisə yerində
quraşdırılan kameralara da düşüb. H.Məmmədov həmin görüntüləri şəxsən
izlədiyini bildirib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi
Vaqif Əsədov da məsələ ilə bağlı açıqlamasında hadisənin
baş verdiyi ərazidə kameraların olduğunu təsdiqləyib. 



"BMW
X5"-in sürücüsü Təhmin Vəliyevin mətbuatda Günayın nişanlısının
maşınından itələnib atılmasını təkzib etməsinə gəlincə, işi aparan
müstəntiq Cəmşid Əliyev Publika.Az-a bildirib ki, o, hazırda
təqsirləndirilən şəxs qismində saxlanılıb:



"Birincisi,
Təhmin Vəliyevin bu barədə ictimaiyyətə məlumat verməsi istintaq
hərəkətlərinə ziddir. İkincisi də ki, o, hazırda təcridxanadadır,
mətbuata necə açıqlama verə bilər? Bu, mümkün deyil. Cinayətin əsas
iştirakçısı isə hələ axtarılır. Düzdür, hadisə barədə bəzi şübhəli
məqamlar var. Amma bu maqamlara Rabil Rzayev saxlanılıb ifadəsi
alındıqdan sonra aydınlıq gətiriləcək”.



Publika.Az-ın
əməkdaşı baş verən hadisə ilə bağlı bəzi araşdırmalar aparıb. Günay
Məmmədovanı yaxından tanıyanlar, iş yoldaşları, qohumları bildiriblər
ki, mərhum həddən artıq pozitiv əhval-ruhiyyəli, həyatsevər, həyata
bağlı bir xanım olub: "Hətta o, nişanlısından ayrıldığını, onların ailə
qura bilməyəcəklərini öyrənsəydi də, heç vaxt intihara əl atmazdı. Çünki
zəif xarakterli deyildi”. 



Əməkdaşımızın əldə
etdiyi daha bir məlumatda deyilir ki, G.Məmmədovun nişanlısı Rabil
Rzayevin atası hüquq mühafizə orqanlarında çalışır: 



"O,
istintaqın gedişinə təsir etmək gücündə olan bir vəzifə sahibidir.
Yaxşı əlaqələri var. Əslində Rabil Rzayevin bu günədək tapılmamasının,
istintaqa cəlb olunmamasının başlıca səbəbi budur. Atası hər vasitə ilə
oğlunu bu proseslərdən kənarda saxlayır. Hətta kameradakı görüntülərin
də artıq yox edilməsi, silinməsi istisna deyil”.



Təbii
ki, əsl həqiqətin nədən ibarət olduğu istintaq başa çatdıqdan sonra
bəlli olacaq. Hələliksə Günay Məmmədovanın evlərindən nişanlısı ilə
birgə çıxması, həlak olarkən R.Rzayevin yanında olmaması, nişanlısının
onun yas mərasiminə qatılmaması, ümumiyyətlə, ortalıqdan yox olması
ciddi suallar doğurur. 



Mövzuya qayıdacağıq. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!