Azərbaycanda görünməmiş biabırçılıq: qaynata gəlinini zorladı

Azərbaycanda görünməmiş biabırçılıq: qaynata gəlinini zorladı
Xəbərlər
10.09.2017 76
Göyçayda qaynata övladının sonzuluğunun gizlət mək üçün gəlinini
zorlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə,
türkürpədici hadisə Göyçayın Qarağıdır kəndində İbrahimovlar ailəsində
baş verib.



Belə ki, həmin kənddə yaşayan 27 yaşlı G.İ 5 il bundan əvvəl həmin
kənddə yaşayan Rəşid İbrahimovla el adəti üzrə ailə həyatı qurub. Lakin
bu illər ərzində oğlanın sonsuzluq problemi olduğundan oğlanın atası
Rauf İbrahimov gəlini min bir yolla aldadıb. Qaynata qızı ölümlə
hədələyərək sonsuzluq sirrinin açmamasını və oğlunun el içində biabır
olmamasını bildirərək, onu bir neçə dəfə zorlayıb.



Qaynatası tərəfindən zorlanan gəlin məsələni qaynanası Gülxar İbrahimovaya danışıb.



Gəlinin sözlərinə görə, qaynata ilə qaynana kənddə biabır olmamaq üçün
gəlini məsələni açmamaq üçün dilə gətirməyə çalışıblar. Lakin gəlin, bir
neçə dəfə özünə qəsd etmək istəyib.



Bu sirrin üstünü açacağını deyən gəlindən qorxan qaynata onun
psixologiyasında ciddi problemləri olan xəstə adı ilə avqustun 29-da ata
evinə göndərib.



"Son vaxtlar övladı olmamasına görə, qızının səhhətində problemlər
yaranıb. Onu başa düşürəm. Qoy bir az sizdə qalsın özünü ələ alsın,
sonra evə qaytaracam”, - deyə qaynata bildirib.



Hələ də baş verənləri anlamayan qızın atası və ailəsi elə həmin günün
gecəsində qızın öz dilindən olanları öyrənə biliblər. Gəlinin atası
Süleyman Mahmudovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə,
ayın 16-da qızı özünü öldürmək üçün cəhd etdiyi binada onu xilas edib.
"Əclaf sən utanmırsan, həyatımı bitirdin. Öz qızın yaşdayam, mənim
başıma hansı oyunları gətirdin. Bunu unutmayacam. Bu ləkə ilə sizin
ailədə yaşaya bilmərəm. Utanın”, - deyə gəlin qayınataya bildirib.



Qızlarının zorlanmasından agah olan ailə dərhal rayon polis şöbəsinə
şikayət ediblər. Hazırda iş istintaqda olsa da, ailə yubanmalar və
süründürməçilikdən şikayətçidir.



Hadisə ilə əlaqədar, bütün kənd ayağa qalxaraq, Rauf İbrahimovun uzun
illərdir məktəb direktorunun müavini işlədiyi Qarağıdır kəndindən
uzaqlaşmasını istəyir. Bununla bağlı kənddə bir neçə dəfə aksiya da
olub. Polis şöbəsindən isə ailəyə hələ qızın keçdiyi tibbi
ekspertizyanın rəyi olmadan istintaqa başlamayacaqlarını və qarşı
tərəfin də tutarlı faktlarla günahlandırdığını bildiriblər.



Qeyd edək ki, qız tibbi ekspertizdan keçib və ayın 10-na kimi cavabı
gəlməli idi. Lakin cavab yubanır və İbrahimovlar ailəsi isə qızı
əxlaqsızlıqda günahlandıraraq başına gələnlərdə qaynatanın günahı
olmadığını bildiriblər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!