Dodağını, sinəsini şişirtmək üçün yarışa girən müğənnilər

Dodağını, sinəsini şişirtmək üçün yarışa girən müğənnilər
Xəbərlər
10.09.2017 2
Səhnə gözəllik, gözəllik isə qurban tələb edir. Bu yolda kimi
dodağından keçir, kimi burnundan, kimi qaşlarından, kimi də döşlərindən
və bədəninin digər nahiyələrindən... Təbii ki, məqsəd birdir – gözəl
görünmək. Azərbaycan tamaşaçısı qarşısına çıxan bir çox müğənnilər
silikonludurlar. Onlardan bəziləri sinəsində, digərləri dodağında və ya
yanlarında silikon gəzidirir. Ən təəccüblüsü isə qadın müğənnilərlə
yanaşı, bəzi kişi sənətçilərin də silikondan istifadə etməsidir..




Qadinlar.Biz modern.az saytına
istinadən plastik əməliyyat keçirərək bədənlərinə silikon yerləşdirmiş
səhnə adamları haqda kiçik araşdırmasını təqdim edir.



Yəqin ki, müğənni Nadir Qafarzadənin
əvvəlki görünüşü yadınızdadır. Diqqətlə baxanda sənətçinin burnunu
əməliyyat etdirdiyi və dodaqlarının şişirdildiyi açıq-aşkar hiss olunur.



Xalq artisti Faiq Ağayev isə burnu ilə bağlı əməliyyat keçirib. Ağayevin 1988-ci ildəki
görüntülərinə diqqət etdikdə bunu aydın sezmək olur. Onun da dodaqlarına
silikon qoydurduğu deyilir. Müğənninin hətta bədəninin digər yerlərinə
də silikon yerləşdirdiyinə dair məlumat var.



Əməkdar artist, aktrisa Sənubər İsgəndərli isə uzun müddət dodaqlarında gəzdirdiyi maddələrdən bu yaxınlarda azad
oldu. Hətta aktrisa bu barədə mətbuata açıqlama da vermişdi.



Silikonlu müğənnilərdən danışarkən söhbəti xalq artisti Aygün Kazımovanın
harasından başlayıb harasında bitirmək qəliz məsələdir. Sənətçinin
indiyə kimi keçirdiyi plastik əməliyyatların sayı 20-yə yaxındır. Hətta
onlardan birinin görüntüləri klip şəklində tamaşaçılara təqdim olunub.
A.Kazımovanın dodaqlarında, sinəsində silikon gəzdirdiyi artıq hamıya
məlumdur.



Müğənni Rəqsanə də plastik əməliyyatların sayına
görə sənət aləminin rekordçularındandır. Müğənninin 1997-ci ildə olmuş
toyuna baxanda şərhə ehtiyac qalmır. O, da silikonlu səhnə adamları
sırasında ön yerlərdə dayanır. Sənətçi dodaqlarını və sinəsini
dəyişdirib.



Xalq artisti İlhamə Quliyeva isə burnunu
əməliyyat elətdirib. Primadonnanın 70-80-ci illərdəki görüntülərindən də
aydın görünür ki, xanım Quliyeva burnunu əməliyyat etdirib. Primadonna
da silikondan istifadə edən sənətkarlardandır.



Xalq artisti Nazpəri Dostəliyeva isə həm təbii burnunu, həm də dodaqlarını gözəllik naminə qurban verib.
Amma insafən qeyd etmək lazımdır ki, bu əməliyyatlar elə də uğursuz
alınmayıb.



Xalq artisti Nisə Qasımovayla bağlı son
zamanlar yayılan xəbərlər sırasında "plastik əməliyyat etdirib” kimi
fikirlərə rast gəlinir. Hətta o da bildirilir ki, sənətkarın əməliyyatı
bir qədər uğursuz alındığından efirdən qaçır.



Xalq artisti Brilliant Dadaşovanın
da indiki görkəminə baxanda plastik əməliyyat keçirdiyini deməmək
olmur. Hər zaman şəxsi rejiminə diqqətlə yanaşan 55 yaşlı sənətçinin
burnunda, dodaqlarında və ayaqlarında cərrah bıçağı "işləyib” və
silikondan istifadə olunub.



Tamaşaçılara "İtkin gəlin” serialından tanış olan aktrisa, xalq artisti Məleykə Əsədova da müasir tibbin gözəlliyə verdiyi töhfədən yararlanan sənətçilər
sırasındadır. Adətən əməliyyat etdirmədiyini söyləyən aktrisanın 20 il
əvvəlki görüntüləri isə hər şeyi ortaya qoyur.



Müğənni Könül Kərimovanın
Məhəbbət Kazımovla duet oxuduğu illər xatirinizdədir? Xatirinizdədirsə,
deməli siz də razılaşarsınız ki, sənətçinin bir çox yerlərində plastik
əməliyyat izi var, eləcə də "silikon izi”.



Müğənni Almaz Ələsgərova isə gözəllik üçün cərrah masasına təxminən 10 il əvvəl uzanıb. Amma ilk
cəhd uğursuz alınıb. Burunu kəsdirən sənətçinin hazırkı görünüşü
normaldır.



Rəhim Rəhimli
də bir vaxtlar "donqar” burnunu indiki görünüşünə dəyişdi. Amma onun da ilk əməliyyatının uğursuz olduğu bildirilir.



Estrada müğənnisi Röya Ayxan isə məşhur "W Trio”qrupunu tərk edəndən sonra səhnə fəaliyyətinə
burnuna əl gəzdirməklə başladı. O da silikonlu sənətçilər sırasında yer
alır.



Siyahı çox uzundur və bu sıraya xeyli tanınmış və tanınmamış müğənniləri əlavə etmək olar...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!