"Keçmiş arvadımın məhkəmə içracısı ilə öpüşdüyünü gördüm”

Xəbərlər
10.09.2017 15
"Keçmiş arvadımın məhkəmə içracısı ilə öpüşdüyünü gördüm” - Dəhşətli qətlin təfərrüatları




1980-ci il tarixdə Dəvəçi rayonunun Aygünlü kəndində anadan olan
Taleh Hüseynov 11 aprel 2011-ci il tarixdə saat 16 radələrində Sumqayıt
şəhəri, 9-cu mikrorayon ərazisindəki "Tbilisi” restoranının yaxınlığına
gəlib. O, həmin ərazidə rəsmi olaraq boşandığı keçmiş arvadı Gülnarə
Nəsirovanı məhkəmə işçisi kimi tanıdığı Teymur Məmmədov ilə birlikdə
görüb.






Taleh Hüseynov keçmiş arvadını başqa kişi ilə birlikdə gördükdə
qısqanıb. O, Gülnarə Nəsirovanı saçından tutaraq yerə yıxıb. Taleh
azyaşlı uşaqları Qismət və Solmazın gözləri qarşısında keçmiş arvadını
ov bıçağı ilə vuraraq ona xəsarətlər yetirib.



Taleh
Hüseynov həmin vaxt orada olan və onun hərəkətlərinin qarşısını almaq
istəyən Teymur Məmmədovun da sağlamlığana yüngül zərər vurmaya aid
xəsarətlər yetirib. O, cinayətkar qəsdini başa çatdırmaq məqsədi ilə
Gülnarə Nəsirovanı parkın içərisinə sürüyərək orada çoxsaylı zərbələr
vurmaqla onu qətlə yetirib.



Bu əməli ilə Taleh
Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya
ümümi təhlükəli üsulla adam öldürmə), 128-ci (qəsdən sağlamlığa yüngül
zərər vurma), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o
cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə
ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.



"Arvadımı döydüyüm üçün cərimə olunmuşam”



Məhkəmədə
təqsirləndirilən şəxs qismində ifadə verən Taleh Hüseynov elan olunmuş
ittiham üzrə özünü qismən təqsirli biib. O, ifadəsində göstərib ki,
mərhum Gülnarə Nəsirova ilə 2005-ci il tarixdə evlənib: "Birgə
nikahımızdan 2006-cı il tarixdə doğulmuş Qismət və 2009-cu il tarixdə
doğulmuş Solmaz adlı iki azyaşlı uşağımız var. Gülnarə ilə aramızda
tez-tez ailə-məişət zəminində mübahisələrimiz olub. 2009-u ilin
noyabrında Gülnarə ilə mübahisə etmişəm və onu döydüyüm üçün Sumqayıt
Hərbi məhkəməsinin hökmü ilə şərti maliyyə vahidinin 300 misli
miqdarında cərimə olunmuşam. 2010-cu il tarixdə Gülnarə Nəsirova ilə
nikahımız rəsmi qaydada pozulub. Azyaşlı uşaqlarımız Gülnarənin
himayəsində qalıb. Məhkəmə qərarına əsasən, uşaqlarımızın saxlanılması
üçün hər ay 140 manat məbləğində aliment ödənilməsi nəzərdə tutulub”.



"Keçmiş arvadımın bir oğlanla görüşdüyünü, onların öpüşdüyünü gördüm”



Təqsirləndirilən
şəxs daha sonra qeyd edib ki, 31 avqust 2010-cu il tarixdə Sumqayıt
hərbi məhkəməsinin hökmü ilə təqsirli bilinərək 3 ay müddətinə
azadlıqdan məhrum edilib: "30 noyabr 2010-cu il tarixdə cəzamı çəkib
qurtarmışam. Həmin gün təxminən saat 16 radələrində  Sumqayıt şəhərində
yerləşən "Aygün” şadlıq evinin yanındakı dayanacaqda dayanarkən
Gülnarənin oradan keçdiyini gördüm. Onu izləməyə başladım. Keçmiş
arvadımın bir oğlanla görüşdüyünü, onların öpüşdüklərini gördüm”.



"Məhkəmə icraçısı 3 günə 500 manat aliment ödəməli olduğumu bildirdi”



Taleh
Hüseynovun sözlərinə görə, bundan sonra Elşən adlı bir nəfər ona zəng
edərək özünü Sumqayıt şəhər məhkəməsinin iraçısı kimi təqdim edib və onu
məhkəməyə dəvət edib: "Elşən mənim 1649 manat məbləğində aliment
ödəməli olduğumu bildirdi. O, 3 gün müddətində bu məbləğin 500 manatını
verməli olduğumu da dedi. İşsiz və maddi imkanım olmadığı üçün həmin
məbləği ödəyə bilməyəcəyiM barədə izahat yazdım. Həmin vaxt Teymur adlı
icraçı da alimenti ödəməli olduğumu bildirdi. Bundan bir neçə gün sonra
Elşən, daha sonra isə Teymur mənə zəng edərək məhkəməyə çağırdılar.
Lakin məhkəməyə getmədim”.



"Arvadımın pozqun olduğunu dedi”



O,
həmçinin ifadəsində qeyd edib ki, 2010-cu ilin dekabrında Gülnarə ilə
görüşərək ona xəyanət edəcəyi halda öldürəcəyini deyib: "2011-ci il ilin
fevralında Gülnarə ekranı xarab olmuş mobil telefon aparatını mənə
verərək təmir etdirməyimi xahiş etdi. Mən telefonu təmir etdirib oradakı
mesajları oxuduqda Teymur Məmmədova məxsus (Teymur Məmmədovun da,
Gülnarə Nəsirovanın da mobil telefon nömrəsi cinayət işində qeyd olunub)
nömrədən Gülnarənin mobil nömrəsinə sevgi mesajları yazıldığını,
Gülnarənin də cavab mesajları yazdığını gördüm. Teymura zəng edərək nə
üçün Gülnarəyə sevgi mesajları yazdığını soruşdum. Teymur əcəb etdiyini,
arvadım Gülnarənin pozqun olduğunu dedi. Gülnarədən həmin mesajlar
barədə soruşduqda sonuncu mesajların ona aidiyyəti olmadığını bildirdi.
Sonra isə Gülnarə mənə söyüş məzmunlu mesajlar yazdı”.



"Arvadımın əlindən tutan kişini kürəyindən təpiklə vurdum”



Təqsirləndirilən
şəxsin ifadəsinə görə, 2011-ci ilin martın ortalarında Sumqayıt
şəhərindəki "Aygün” şadlıq evinin yaxınlığında Gülnarəni Teymurla
öpüşərkən görüb: "Hər hansı bir kişi ilə görüşərək xəyanət edəcəyi halda
Gülnarəni öldürmək niyyətim olub.  Odur ki, 10 aprel 2011-ci il tarixdə
Sumqayıt şəhərinə gələrkən yaşadığım Şabran rayonunun Aygünlü
kəndindəki evdən özüm ilə cib bıçağı götürmüşdüm. Aprelin 11-də,
təxminən saat 16 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon
ərazisindəki "Mətanət” şadlıq evinin yanında olarkən Gülnarəni uşaqlarım
Qismət və Solmaz, eləcə də Teymur Məmmədovla birlikdə yaxınlıqdakı
"Lüdviq” parkına tərəf getdiklərini, Teymurla Gülnarənin qucaqlaşdığını
gördüm. Bundan əsəbiləşdim. Teymura yaxınlaşaraq təpiklə kürəyindən bir
zərbə vuraraq onu yerə yıxdım. Gülnarənin isə saçından tutaraq nə üçün
belə hərəkət etdiyini dedim. Gülnarə isə qışqıraraq ünvanıma söyüş
söydü. Gülnarənin ağzından yumruqla vurdum. Həmin vaxt Teymur yerdən daş
götürərək məni vuracağı ilə hədələdi. Teymur mənimlə əlbəyaxa olaraq
boynumdan yumruqla vurdu. Daha sonra isə Teymur təpik atdıqda cibimdən
çıxardığım bıçaqla onun sağ ayağının bud nahiyəsindən bir dəfə vurdum.
Bundan sonra Teymur ondan aralandı. Sonra Gülnarənin saçından sürüyərək
uşaqlarımdan uzaqlaşdırdım. Onu parkın içərisinə doğru apardım və orada
bıçaqla Gülnarənin bədəninin müxtəlif nahiyələrindən zərbələr vurdum.
Gülnarə nəsə desə də, onun sözlərinə məhəl qoymayaraq bıçaqla vurmaqda
davam etdim. Aldığı zərbələrdən taqətsiz halda qalmış Gülnarəni orada
qoyaraq hadisə yerindən getdim. Qardaşım İltifatın evinə gedərək mobil
telefonlarımı və şəxsiyyət vəsiqəsimi İltifatın arvadına verdim. Sonra
isə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə getdim. Orada
törətdiyim hadisə barədə bildirərək könüllü təslim oldum”.



"Gülnarə ilə cinsi əlaqədə də olmuşam”



Məhkəmədə
adı cinayət işində hallanan Teymur Məmmədov da ifadə verib. O, bildirib
ki, 2008-2010-cu illərdə Sumqayıt şəhər Məhkəmə icraçıları şöbəsində
ictimai əsaslarla məhkəmə içraçılarına kömək edərək çağırış vərəqələrini
paylayıb: "Gülnarə Hüseynovanı və Taleh Hüseynovu 2010-cu ilin avqust
ayında aliment işi ilə əlaqədar məhkəmə içraçısı Adəm Məmmədovun yanında
olarkən görmüşəm, tanımışam. Bundan sonra Gülnarə ilə aramızda yaxın
münasibət yaranıb. Hətta Gülnarə ilə cinsi əlaqədə də olmuşam”.



"Gülnarənin artıq subay qadın olduğunu bildirdim”



Teymur
Məmmədov daha sonra ifadəsində qeyd edib ki, 2011-ci ilin fevralında
Taleh ona zəng edərək Gülnarədən əl çəkməsini tələb edib: "Mən
Gülnarənin artıq ondan ayrıldığını və subay qadın olduğunu bildirdim. Bu
zəmində aramızda mübahisə yarandı və bir-birimızin ünvanına söyüş
söydük. Aprelin 11-də, saat 16 radələrində Sumqayıt şəhərindəki
"Mətanət” şadlıq evinin yanında Gülnarə ilə görüşdüm. Gülnarə azyaşlı
uşaqları ilə birlikdə idi. Sonra Gülnarə və uşaqlarla yaxınlıqdakı parka
gedərkən qəflətən arxadan kimsə məni təpiklə vurdu. Zərbə Gülnarəyə də
dəydi. Həmin şəxsin Taleh olduğunu gördüm. Onun əlində bıçaq var idi.
Taleh Gülnarənin saçından tutaraq uşaqların gözü qarşısında onun
kürəyindən bir neçə dəfə vurdu. Hadisədən qorxan uşaqlar ağlamağa
başladı. Daş  götürüb Talehə tərəf atdım. Onu Gülnarədən aralamağa
çalışdım. Həmin vaxt Gülnarə qaçaraq oradan uzaqlaşmaq istədi. Lakin
uşaqları ağladığı üçün qaçıb getmədi. Həmin vaxt Taleh əlindəki bıçaqla
ayağımdan vurdu. Sonra isə Gülnarənin arxasınca qaçdı. O, Gülnarəni yerə
yıxaraq yenidən bıçaqla vurmağa başladı. "102”  xidmətinə zəng edərək
hadisə barədə məlumat verdim”. 



"Taleh Gülnarəni öldürəcəyini dedi”



Məhkəmədə
ifadə verən Kəmalə Nəsirova bildirib ki, Taleh Məmmədov mərhum bacısı
Gülnarənin əridir: "2009-cu il tarixdə Gülnarə ilə Talehin məhkəmə
qaydasında nigahları pozulub. Onların birgə nigahdan olan uşaqları nigah
pozulduqdan sonra Gülnarənin himayəsində qalıb. Gülnarə uşaqları ilə
birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 38a nömrləi evin 54 nömrəli
mənzilinə köçərək orada yaşayıb. Taleh uşaqlar üçün təyin edilmiş
alimenti ödəməyib. 2010-cu ilin dekabrında Taleh mənimlə görüşərək
Gülnarə ilə barışmaq istədiyini bildirdi. Məndən bu işdə ona kömək
etməyimi xahiş etdi. Taleh spirtli içkilərə meyilli olduğundan Gülnarə
ilə barışmasına etiraz etmişəm. Taleh Gülnarəni öldürəcəyini dedi. Bir
müddət sonra Gülnarə Talehin onu izlədiyini bildirdi. Talehə zəng edərək
Gülnarəni narahat etməməsini, onun bu hərəkətləri barədə polisə şikayət
edəcəyini bildirdim. Taleh isə cavabında "heç kimdən qorxmuram, nə
istəyir gedib eləsin" dedi. Aprelin 11-də, saat 16 radələrində Gülnarə
uşaqlarını gətirmək üçün baxçaya getdi. Lakin xeyli müddət keçməsinə
baxmayaraq Gülnarə evə qayıtmadı. Təxminən saat 20 radələrində polislər
zəng edərək məni "Aygün” şadlıq evinin yanındakı parka dəvət etdilər.
Həmin yerə getdikə Talehin Gülnarəni öldürdüyünü eşitdim. Teymur
Məmmədovla  Gülnarə arasında hər hansı bir münasibət olması barədə heç
nə bilmirəm”.



Məhkəmənin hökmü ilə Taleh Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!