Azərbaycanın ən seksual 20 qadını

Azərbaycanın ən seksual 20 qadını
Xəbərlər
10.09.2017 68
Dünyanın bir çox məşhur dərgiləri ölkələr üzrə ən varlı, ən seksual
insanların siyahılarını dərc edir. 

Öz yazarlarımız arasında "Azərbaycanın ən seksual 20 qadını kimdir?”
sorğusunu keçirdik. Sorğuda həmçinin Facebook istifadəçilərinin də
rəyləri nəzərə alınıb.
Çalışdıq təqdim etdiyimiz siyahıda bir neçə sahədə fəaliyyət göstərən xanımların fotoları olsun.



Beləliklə, Azərbaycanın ən seksual 20 qadını…
1. Aysel Teymurzadə – Azərbaycanı "Eurovision – 2009” mahnı
müsabiqəsində təmsil edən Aysel səsi, rəqsi, cazibədarlığı, gülüşü ilə
ilk olaraq Araş Labafı, daha sonra Moskvanı heyran etdi. Yarışmada
üçüncü olan duetin mahnısı və Ayselin ovsunlayıcı baxışları hələ də
unudulmur.
2. Safura Əlizadə – "Eurovision” müsabiqəsində Ayseldən sonra
təmsilçimiz olan Safura səsi, uzun boyu və saçları, iri gözləri,
dodaqları ilə yadda qaldı. Saksafonla "Drip Drop” mahnısına yeni çalar
qatan 20 yaşlı müğənninin sevənləri günbəgün artır.
3. Nura Suri – "Səndən öyrəndim”, "Yuxu yenidən” mahnıları ilə
sevilən Nura hər zaman eleqant görünüşü, səliqəli və qabarıq olmayan
makiyajı ilə qarşımıza çıxır. Müğənni üç uşaq anası olmasına baxmayaraq,
hələ də çox seksual bədən quruluşuna malikdir.
4. Tunay Əliyeva– onu əvvəlcə model və teleaparıcı kimi, daha sonra
"Əzizim Fellini” filmində aktrisa kimi tanıdıq. Buruq saçları, dəli-dolu
danışıq tərzi, maraqlı geyimləri, ideal bədən quruluşu ilə model rekord
müqavilələrə imza atır. Model ən son 1,000 000 Birləşmiş Ərəb Əmirliyi
dihrəminə (300 min ABŞ dollar) müqavilə imzalamaqla Azərbaycanın "Ən
Bahalı Model”i statusunu alıb.
5. Günay Musayeva – "Miss World Bikini – 2008” qalibi olan model
hazırda fəaliyyətini Türkiyədə davam etdirir. Müsahibələrində "Mən türk
kişilərindən daha çox diqqət gördüm, nəinki Azərbaycan kişilərindən”
deyən Günay bizim kişilərin onun sənətinə olan laqeyd münasibətindən
narazıdır.
6. Nigar Talıbova – əsasən model olaraq tanınsa da, müğənni kimi də
fəaliyyət göstərib. 36 yaşlı model İstanbulda "Models” adlı kafe
işlədir. Bu modelimiz də müsahibələrində kişilərdən xeyli narazılıq
bildirir: "Nə indi, nə də sonrakı illərdə evlilik haqqında düşünmürəm.
Ağılla, məntiqlə evlənmək mənlik deyil. Ərimin sağda-solda məni
aldatdığını, mənimlə bərabər olduğu vaxt başqa qadınlara baxdığını
görsəm, onu öldürə bilərəm”.
7. Röya Ayxan – evliliyi, oğlu və sənətini bir-birinə qarışdırmayan
Röya ilk çıxdığı vaxtlarda çılpaq şəkilləri və əməliyyatları ilə gündəm
yaratmışdı. Yerli jurnallardan birinə çılpaq pozalar verən Röya
gənclərin "seks simvoluna” çevrilə bilmişdi.
8. Brilyant Dadaşova – Azərbaycanın xalq artisti cazibədarlığı, səsi,
səhnə görünüşü, bədən quruluşu ilə cavan müğənniləri də geridə qoyur.
9. İradə İbrahimova – hazırda Azərbaycan əsilli türklə evli olan
müğənninin artıq bir övladı var. Müğənnini mahnıları ilə yanaşı, ən çox
sevdirən qarabuğdayı dəri rəngi, sadə makiyajı, zövqlü geyimləridir.
10. Xatirə İslam – adı son vaxtlar bank qalmaqallarında hallanan
müğənni İslam Rzayevin tələbəsidir. Daha çox lirik mahnıları ilə
sevilir. Müğənninin standart bədən quruluşu olmasa da, çox cəlbedici və
seksualdır.
11. Züleyxa Akçurina – keçən il ana olan model əri Germanla qızını
təqdim edəndə dostlarına: "Hələ çox doğacam” deyib. Modelin bu
yaxınlarda evlənən Monako şahzadə ilə də sıx dostluğu, "Dəyirman” qrupu
ilə "25 faiz” adlı mahnısı ilə mətbuatın marağına səbəb olub.
12. Elnarə – üç övlad anası Elnarə əvvəllər estrada mahnıları ifa
etsə də, son vaxtlar kəskin dəyişərək rok üslubuna keçib. Müğənni
yaratdığı "QAN” qrupu ilə vətənpərvər mahnılar ifa edir.
13. Natavan Həbibi – Röya və Elnarə ilə "W Trio” qrupunda çıxış edən
Natavanın adı bir zamanlar müğənni həmkarı Elnurla çəkilirdi. Daha sonra
Zamiqlə sıx dostluğu ilə gündəmə gəldi.
14. Andrea Manteo – əsl soyadı Kərimova olan 25 yaşlı model
Azərbaycanda sensasiya yaratmışdı. Rumıniyada azərbaycanlı ailəsində
doğulan model "Playboy” və "Maxim” kimi jurnalların üz qabığını bəzəyib.
15. Oksana Rəsulova – hind rəqsləri ifaçısı olan Oksananın son
vaxtlar adı reper Elşad Xose ilə birgə çəkilir. Reperlə evlənməyə
hazırlaşan rəqqasə: "Şou biznesdə bir çoxlarını həyatımdan tamam
silmişəm” deyə bildirib.
16. Kamilə Babayeva – jurnalist kimi fəaliyyətinə başlayan Kamilə
daha sonra "ABA” televiziyasında işləyib. Bir müddət Türkiyədə
teleaparıcı kimi çalışıb. Hazırda "Aramızda qalsın” serialında baş
rollardan birini ifa edir.
17. Aygün Kazımova – adı meyxanaçı Namiq Qaraçuxurlu ilə birgə çəkilən xalq artisti bir zamanlar "seks simvol” sayılırdı…
18. Validə Abbasova – vaxtı ilə "Miss Azərbaycan” olan model…
19. Vəfa Zeynalova – iki əkiz qızı olan aktrisa hələ də plastikası, gözəl bədən quruluşu və cəsarətli rolları ilə sevilir.
20. Nuridə Atəşi – erotik şeirləri ilə tanınan şairə hazırda Almaniyada yaşayır. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!