Bıçaq gücü ilə qardaşı arvadıyla cinsi əlaqədə oldu

Bıçaq gücü ilə qardaşı arvadıyla cinsi əlaqədə oldu
Xəbərlər
10.09.2017 23
1974-cü ildə Gəncə şəhərində anadan olmuş E.Ə. 25 noyabr 2011-ci il
tarixdə, saat 17 radələrində yaşadığı evin hamamında çimdikdən sonra
onunla eyni evdə yaşayan qardaşı S. Ə.-in arvadı T. Ə. ilə zorla cinsi
əlaqədə olmaq istəyib.



Qadinlar.Biz`in xəbər verir ki, E.
Ə. hamamdan çıxandan sonra T. Ə. ilə zorla cinsi əlaqədə olmaq məqsədi
ilə paltar geyinmədən dəsmala bürünərək dəhlizə çıxıb. E. Ə. həmin vaxt
özü ilə bıçaq da götürüb.



Həmin vaxt E. Ə. dəhlizdə olan T. Ə.-yə onunla cinsi əlaqədə olmağı
təklif edib. T. Ə. onun bu təklifini rədd eib. Bu zaman E. Ə. əlindəki
bıçağı nümayiş etdirərək T. Ə.-ni öldürməklə hədələyib. Onu azyaşlı oğlu
R. Ə.-in gözü qarşısında zorlamağa cəhd edib.



Zorlamağa cəhd, silah, narkotik…



Belə ki, E. Ə. qardaşı arvadının əynindəki xalatın yaxasından dartıb
cırıb, sonra əli ilə T. Ə.-yə bədən xəsarəti yetirib. O, qardaşı
arvadını döşəmə üzərinə yıxaraq onunla zorla cinsi əlaqədə olmağa cəhd
edib. Lakin T. Ə. aktiv müqavimət göstərib. O, evin dəhlizindəki qırıq
stolun taxta parçası ilə E. Ə.-nin baş nahiyyəsindən vuraraq özündən
kənara itələyib. Bundan sonra T. Ə. evdən qaçıb.



Bundan başqa, E. Ə. istintaqa məlum olmayan mənbədən satış məqsədi
olmadan 0,281 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan
heroini və 144,82 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə
olan qurudulmuş marixuananı əldə edib. O, heroini üstündə saxlamaqla
daşıyıb, marixuananı isə yaşadığı evdə yatdığı otaqda olan divanın
altında saxlayıb. 26 noyabr 2011-ci il tarixdə keçirilən baxış zamanı
qeyd edilən narkotik vasitələr aşkar edilərək götürülüb.



Bu əməlləri ilə E. Ə. Cinayət Məcəlləsinin 29,149.2.4-cü (zərərçəkmiş
şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma
hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamağa cəhd), 228.4-cü
(qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı
əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan
ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə)
və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri
və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə
etmə və ya saxlama) maddələri ilə ittiham edilib. Cinayət işinə
baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



"Narkotik maddə qəbul etmirəm və namaz qılıram”



Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən E. Ə.
Cinayət Məcəlləsinin 29, 149.2.4 və 234.1-ci maddələri ilə özünü
təqsirli bilməyib. O, həmin Məcəllənin 228.4-cü maddəsi ilə özünü
təqsirli bilərək göstərib ki, üstündən və yaşadığı evdən aşkar olunmuş
narkotik maddə olan heroin və marixuana ona məxsus deyil:



"Hazırda narkotik maddə qəbul etmirəm və namaz qılıram. Noyabrın 25-dən
26-na keçən gecə yaşadığım küçədə səs-küy saldığım üçün Gəncə şəhər
Nizami rayon Polis İdarəsinin polis əməkdaşları məni idarəyə gətirdilər.
Həmin gecəni polis idarəsində qalmışam. Orada üstümə iki dəfə baxış
keçirilib.



Üstümdə olan əşyaları götürüblər. Lakin üstümdən narkotik vasitə aşkar
olunmayıb. Noyabrın 26-da, saat 10 radələrində Gəncə şəhər Nizami rayon
Polis İdarəsində Sulduz müəllim cibimə narkotik vasitə atıb. Ona
etirazımı bildirmişəm ki, narkotik vasitə mənə məxsus deyil. Həmin
idarənin polis əməkdaşları Sulduz, Rəşad və tanımadığım polis işçiləri
məni döyüblər. Yaşadığım evin otağında aşkar olunmuş marixuana da mənə
məxsus olmayıb. Kiminsə tərəfindən həmin narkotik vasitə yaşadığım otağa
qoyulub.
Məndə heç bir zaman narkotik vasitə olmayıb. Gəncə şəhər Nizami rayon
Polis İdarəsində cibimdən aşkar edilmiş bir ədəd bıçaq mənə məxsus olub.
Həmin bıçağı bir ay əvvəl Gəncə şəhər Mərkəzi Kolxoz bazarından
tanımadığım bir şəxsdən almışam”.



"Qardaşım arvadını zorlamağa cəhd etməmişəm”



Təqsirləndirilən şəxs daha sonra ifadəsində qardaşı arvadını zorlamağa cəhd etməsi ittihamından danışıb:



"Qardaşım arvadını zorlamağa cəhd etməmişəm. Onu bıçaqla hədələməmişəm.
Bunlar hamısı şər və böhtandır. Noyabrın 25-də qardaşım, qardaşım
arvadı və qardaşım arvadının bacısı ilə yaşadığım ev üstündə
mübahisələrimiz olub. Əvvəllər qardaşım və onun arvadı ilə
münasibətlərimiz yaxşı olub. Qardaşım arvadının borcu olduğu üçün qapıya
gələn borc sahiblərinə görə aramızda mübahisə yaranıb.Dəfələrlə qardaşıma və qardaşım arvadına demişəm ki, borc sahiblərini
qapıya gətirməsinlər, ayıbdır. Qardaşım arvadının bacısı mənimlə mülk
mübahisələrimizə qarışıb. Noyabrın 25-də qardaşım arvadının uşaqlarının
birinin ad günü olub. Həmin vaxt axşama kimi qardaşım arvadının yaxın
qohumları evdə olublar. Qardaşım arvadını zorlamağa cəhd etməmişəm. Heç
zaman belə bir fikrim olmayıb”.



"Qaynım mənə qarşı əxlaqsız hərəkət etdiyinə görə, qayınatam evdən gedib”



Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş T. Ə. bildirib
ki, S. Ə. ilə ailə həyatı qurub və həmin vaxtdan etibarən Vaqif
küçəsində evlərdən birində yaşayıblar:



"S. Ə. ilə birgə nikahdan üç oğlum anadan olub. Qayınım E. Ə. 2011-ci
ilin əvvəllərində həbsdən azad olunduqdan sonra bizimlə birlikdə
yaşamağa başlayıb. Qayınatam da bizimlə yaşayıb. E. Ə. narkotik vasitə
istifadə etdiyinə və məni qarşı əxlaqsız hərəkətlər etdiyinə görə
qayınatam evdən gedib. Təqribən altı ay əvvəl E. Ə. həyat yoldaşım və
qayınatam evdə olmayan zaman mənə "ölürəm səndən ötrü, səni istəyirəm,
nəyə görə qardaşıma ərə gəlmisən, sən mənə yaraşırsan, qardaşıma
yaraşmırsan, balaca uşağı da götür evdən qaçıb gedək, sən mənim
olmalısan” dedi. Mən də rüsvayçılıq olmasın deyə E. Ə.-nin sözlərinə
əhəmiyyət vermədim, ona baş qoşmadım”.



"Son altı ay ərzində qaynım mənə qarşı əxlaqsız təkliflər edib”



Zərərçəkmiş daha sonra qeyd edib ki, qaynı əvvəllər ona əxlaqsız təkliflər etsə də, əl-qol atmayıb:



"Son altı ay ərzində qaynım mənə qarşı əxlaqsız təkliflər edib. Lakin
heç bir əhəmiyyət verməmişəm. E. Ə.-dən qorxduğumdan onun əxlaqsız
təklifləri barədə qayınatama demişəm. Qayınatam isə mənə "S. Ə.-yə demə,
qardaş qırğını salma, onsuz da E. Ə. tutulub gedəcək” deyib. Bu barədə
böyük bacıma demişəm”.



"Qaynım mənə "get qapını bağla, gəl girək hamama” dedi”



Zərərçəkmiş daha sonra qaynı tərəfindən zorakılığa məruz qaldığl günü belə danışıb:



"Noyabrın 25-də saat 17 radələrində evdə tək olduğu zaman qaynım
otaqdan çıxdı. Qaynım mənə "get qapını bağla, gəl girək hamama” dedi.
Mən də ona "rədd ol buradan, sən nə danışırsan” deyə cavab verdim. E. Ə.
isə heç nə deməyib hamama girdi”.



"Məni özünə tərəf dartaraq "səni istəyirəm” dedi və qucaqlayaraq öpmək istədi”



Zərərçəkmiş ifadəsində bildirib ki, bir qədər sonra hamamın qabağından mətbəxə getmək istəyərkən E. Ə. hamamdan çıxıb:



"Həmin vaxt E. Ə.-nin əynində paltarları olmayıb. O, qurşaqdan aşağı
hamam dəsmalı ilə bürələnmişdi. Əlində bıçaq vardı. Dərhal üzümü yana
çevirib otağa getmək istəyəndə E. Ə. arxadan mənim xalatımdan tutdu və
qabağıma keçdi. Qaynım məni özünə tərəf dartaraq "səni istəyirəm” dedi
və qucaqlayaraq öpmək istədi. Həmin vaxt hamam dəsmalı yerə düşdü və E.
Ə. lüt vəziyyətdə oldu. Əsəbi halda E. Ə. "ayıbdır, sən mənim qaynımsan,
ərim bilər, səni öldürər” dedim. Lakin E. Ə. əlindəki bıçağı göstərək
"mənimlə olmasan, səni öldürəcəm” dedi”.



"Hadisəni böyük oğlum görüb”



Zərərçəkmişin sözlərinə görə, E. Ə. onu çəkərək dəhlizdə yerə yıxıb:



"E, Ə. yerdə sol döşümdən tutaraq bərkdən sıxdı. Onunla süpürləşən
zaman xalatım ön tərəfdən cırıldı. Yerə yıxılandan sonra ayağa qalxdım.
Dəhlizdə olan qırıq stolun ayağını götürərək başından vurdum. E. Ə.
qışqıran zaman uşaqlarım evin aynabəndindən ağlaya-ağlaya yanımıza
gəldilər. Hadisəni sadəcə böyük oğlum görüb. Uşaqlar gələndən sonra E.
Ə.-nin əlindən çıxdım. Uşaqlarımı da götürüb xalatı cırıq vəziyyətdə
küçəyə qaçdım. Küçədə bacıma zəng etdim. Onu evimə çağırdım. E. Ə. isə
paltarlarını geyinərək küçəyə çıxdı və harasa getdi. Bacım gələndən
sonra birlikdə evə girdik. Əynimi dəyişəndən sonra ərimə zəng etdim və
onu evə çağırdım. Bacımla baş vermiş hadisəni ərimə danışdım. Ərim isə
əsəbləşərək nəyə görə bunu əvvəlcədən demədiyimi soruşdu. Sonra ərim E.
Ə. zəng edərək onu evə çağırdı. Lakin E. Ə. evə gəlmədi. Səhəri gün
ərimlə birlikdə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gedərək bu
barədə ərizə ilə müraciət etdik”.



"Oğlanlarım arasında mübahisə olduğu üçün evdən getdim”



Təqsirləndirilən şəxsin atası da danışıb. Onun atası İ. Ə. bildirib ki, E. Ə. onun oğludur:



"T. Ə. oğlum S. Ə.-nin arvadıdır. Onlar və uşaqları mənimlə bir yerdə
yaşayıblar. E. Ə. əvvəllər dəfələrlə həbsdə olub. Digər oğlum E. Ə.
həbsdən qayıdandan sonra mənimlə birlikdə yaşamağa başlayıb. Əvvəllər E.
Ə. ilə T. Ə.-nin münasibətləri yaxşı olub. Sonradan oğlanlarım arasında
söz-söhbət olduğu üçün evdən çıxıb gedərək anamın evində yaşamışam”.



Qaynı tərəfindən zorlanan qadının əri də danışdı…



Qaynı tərəfindən zorlanan qadının əri S. Ə. bildirib ki, qardaşı E. Ə.
axırıncı dəfə təxminən 9 ay əvvəl azadlığa buraxılıb və həmin vaxtdan
onlarla birlikdə yaşayıb:



"Noyabrın 25-də, saat 19-20 radələrində T. Ə. mənə zəng etdi, məni evə
çağırdı. Arvadım E. Ə.-nin dəfələrlə evdə onu zorlamaq istəməsini,
qorxduğu üçün əvvəllər bu barədə demədiyini bildirdi. Ondan hadisənin
necə baş verdiyini soruşdum. Bildirdi ki, E. Ə. hamamda çimirmiş, həmin
vaxt bu mətbəxdə olub. Bu vaxt E. Ə. tam lüt vəziyyətdə əlində bıçaq
onun üstünə tərəf gəlib. O, arvadımla cinsi əlaqədə olmağı təklifi edib.
Arvadım isə ona "ayıbdır, sən mənim qayınımsan, ərim bilər, səni
öldürər” deyib. Bu sözlərdən sonra E. Ə. daha da coşub. O, arvadımın
xalatını dartıb cıraraq soyundurmaq və yerə yıxmaq istəyib. Arvadım
qardaşımla süpürləşib, birtəhər onun əlindən çıxaraq, evdə olan taxta
parçası ilə E. Ə.-nin başından zərbə endirib.



E. Ə. yenə də ondan əl çəkmədiyini görən arvadım uşaqları da götürərək
evdən küçəyə çıxıb. Bu söhbətə görə qardaşıma zəng edib onunla işimin
olduğunu bildirdim və evə çağırdım. Amma gəlmədi. Sonra E. Ə. Gəncə
şəhər 3 saylı xəstəxananın yanında olduğunu bildirdi. Lakin gedib orada
tapa bilmədim. Evə qayıdan zaman E. Ə.-nin qonşuluqda yaşayan polis
əməkdaşının yanında olduğunu gördüm. Onu kənara çəkib söhbət etmək
istədim. Amma E. Ə. mənə nalayiq söyüşlər söydü. Noyabrın 26-da arvadım
ilə birlikdə Nizami rayon Polis İdarəsinin gedərək ərizə ilə müraciət
etdim”.



Həbs və narkomaniyadan məcburi müalicə…



Məhkəmənin hökmü ilə E.Ə. 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə həmçinin E.Ə.-nin narkomaniya xəstəliyindən əziyyət çəkməsi
nəticəsinə gəlib. Buna görə də, məhkəmə E.Ə.-yə narkomaniyadan məcburi
müalicə tətbiq edilməsi barədə qərar qəbul edib.



Həmin hökmdən apelyasiya şikayəti verən E. Ə. zorlama ittihamı üzrə
bəraət istəyib. E. Ə. apelyasiya şikayətini əsaslandırmaq üçün göstərib
ki, üstündə narkotik vasitə olmayıb. O, qardaşı arvadını zorlamadığını
da apelyasiya şikayətində qeyd edib. O, məhkəmədən barəsində ədalətli
cəzanın verilməsini xahiş edib.



Sonda zorlama cinayəti sübuta yetirilməyib…



E. Ə. apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsində hakim Şamil
Rzaquliyevin sədrliyi ilə baxılıb. Apelyasiya instansiyasında da
aparılan məhkəmə araşdırmasının sonunda qərar elan edilib. Qərara görə,
təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunub. Məhkəmə E. Ə.
ittiham olunduğu zorlama ittihamını sübuta yetirməyib və həmin ittiham
üzrə ona bəraət verib. Zorlama ittihamı çıxılıb. Məhkəmə E. Ə. Cinayət
Məcəlləsinin 228.4-cü (qanunsuz silah gəzdirmə) və 234.1-ci (qanunsuz
narkotik vasitə saxlama) maddələri ilə təqsirli bilib və onun barəsində
qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!