Qoca kişi məktəbli qızların...

Qoca kişi məktəbli qızların...
Xəbərlər
10.09.2017 24
Qoca kişi məktəbli qızların ətəklərinin altından mobil telefonla şəkllərini çəkirmiş. Türkiyənin Aydın vilayətində məktəbli qızların ətəklərinin altından mobil telefonla şəkllərini çəkməyə çalışan 52 yaşlı kişi polis tərəfindən saxlanılıb. Cinayət başında yaxalanan qoca tez-tələsik görüntüləri telefondan silməyə çalışsa da müvəffəq ola bilməyib.
 
Məlumata görə, ötən gün şagirdlərdən biri motosikletlə şəhərdə reyd keçirən polisə yaxınlaşaraq yaşlı kişinin məktəbli qızların ətəyinin altından şəkillərini çəkməyə çalışdığını deyib. Dərhal hadisə yerinə gedən polislər N.D. adlı şəxsi cinayət başında yaxalayıblar.
 
Onun telefonuna baxış keçirərkən məlum olub ki, bu, yarım əsrlik qocanın ilk əməli deyil. Belə ki, N.D.-nin telefonundan başqa qadınlara aid ətək altı görüntülər aşkarlanıb.
 
Polis saxladığı şübhəlini daha sonra məhkəməyə göndərib.
© İstifadə edilərkən Qadinlar.Biz saytına istinad olunmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!