Qadın müğənnilərimizin “saxlayanları” kimdir?

Qadın müğənnilərimizin “saxlayanları” kimdir?
Xəbərlər
10.09.2017 294
Azərbaycanda bir çox müğənnilərin sponsorunun olması yəqin ki, heç
kim üçün gizli deyil. Bəziləri məhz iifasını bəyəndiyindən, bəziləri də
məhz simpatiyaları olduğundan müğənnilərə dəstək göstərirlər.



Qadinlar.Biz kiv.az-a istinaden öz araşdırma yazısında indiyə qədər adı müxtəlif qadın müğənnilərlə bir arada hallanan "qəhrəman”lardan bəhs edəcək.



Rza Zərrab. Bu Azərbaycan əsilli iş adamı bir
vaxtlar Azəri qızı Günelin hamisi idi. Deyilənə görə, aralarında bir eşq
də yaşanmışdı. Sonradan Rza bəy könlünü Ebru Gündəşə verdi. İndi onun
üçün hətta ferma belə alıb. Amma o, Günelə də çoxlu pul buraxıb. Türkiyə
mətbuatının yazdığına görə, söhbət 700 min dollara yaxın paradan gedir.



Rəqsanə. Moskvada, "Timiryazevski”
metrostansiyasının yaxınlığındakı "Oğuz” restoranında əvvəl qabyuyan,
sonra ofisiant kimi işə başlayan Rəqsanənin ulduzu günlərin bir günü
restoranda çıxış edəcək müğənninin qəfil xəstələnməsi olub. Restoran
müdiriyyətinə deyib ki, səsi var, bu gecəni yola verə bilər. İnsafən
verib də. Elə o gecədən etibarən olub "Oğuz” gecə həyatının aparıcısı.
İlkin dövrdə ona elə restoranın sahibi hamilik edib. Sonra araları
dəyib. Rəqsanə Bakyıa qayıtdıqdan sonra artıq qismən populyar idi.



Xatirə İslam. İslam Rzayevin şərəfinə bu adı özünə
təxəllüs götürməsi haqqında məlumatlar dolaşsa da, sonradan İslamın
"Texnikabank”da çalışan yüksək vəzifəli birisinin oğlu olduğu deyildi.
Xatirəyə azından 500 min dollara yaxın pul xərclədiyi bildirilir.



Ruhi. O qədər də uğurlu müğənni olmasa da, hamisi
çox güclüdür. Söhbət Putinin dostu İlham Rəhimovdan gedir. Rəhimov
nəinki onun yaradıcılığını maliyyələşdirib, hətta biznesinin qurulmasına
belə yardım edib. Hazırda Bakıda Ruhi xanıma məxsus brilyant
məmulatları mağazası var. Qeyri-rəsmi xəbərlərə görə, müğənni və Rəhimov
nikaha giriblər. Artıq nigahları pozulsa da, Ruhi biznesmen kimi öz
ehtiyaclarını ödəyə bilir.



Tünzalə Ağayeva. Tovuzda kiçik bir musiqi
məktəbindən çıxmış bu müğənni az bir zamanda orijinal ifası ilə
populyarlıq qazana bildi. Əri Rəhmandan boşanandan sonra demək olar ki,
tək qalan Tünzalənin köməyinə indi sahibkarladan birinin çatdığı iddia
olunur. Hətta keçmiş əri öz açıqlamalarında bunu iddia edərək,
Tünzalənin başqa kişi ilə yaşadığını etiraf etmişdi.



Aygün Kazımova. Bu adamın əsas hamisi elə özüdür
desək yanılmarıq. Amma səhnədə ilk addımlarını atanda ona keçmiş əri,
polis işçisi İlqar dəstək olub. Sonradan İlqarla yollarını ayıran Aygün
təkbşına mübarizə aparıb. Az sonra isə Rəsul Quliyevin qardaşı oğlu Rza
Quliyevlə eşq yaşayıb. Quliyevlər vurulanda isə Aygün artıq populyar
idi.

Siyahını bir az da davam etdirmək olardı. Mövzuya qayıdacağıq.



Azər Əlioğluскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!