Xalq artistinin qızı soyadından imtina etdi

Xalq artistinin qızı soyadından imtina etdi
Xəbərlər
10.09.2017 7
Xalq artisti Aygün Kazımovanın qızı İlqarə "İbrahimova" soyadından imtina edib.


Bu haqda A.Kazımova "Pərdə” verilişinə açıqlamasında deyib. O, qızının hər zaman onun soyadını daşımaq istədiyini bildirib.
"İlqarə həmişə deyirdi ki, mən də Kazımova olmaq istəyirəm. Mən də razılaşdım. İndi o, İlqarə Kazımovadır və hər zaman da belə qalacaq” deyən xalq artisti qızının müğənnilik sənəti ilə bundan sonra ciddi məşğul olacağını söyləyib:
"Uşaq vaxtlarında ona dəstək oldum, birlikdə səhnəyə çıxardım. İndi isə böyüyüb, sənəti ilə özü məşğul olmaq istəyir. Murad Arifdən yeni mahnı alıb. Sinan Akçıl da onun üçün bir bəstə hazırlayır. Qızımın ilk solo konsertini Nahid Emiloğlu təşkil edəcək. Mən də hər zaman onun yanında olacam”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!