Dəmətdən hamiləlik pozları

Dəmətdən hamiləlik pozları
Xəbərlər
10.09.2017 40
Beş aylıq hamilə olan türkiyəli müğənni Dəmət Akalın "Hürriyət” qəzeti üçün ilk hamiləlik fotosessiyasını etdirib.



Qadınlar.biz-in məlumatına görə, sənətçi müsahibəsində hamiləliyindən söz açıb. O, ana olmaq üçün uzun müddət müalicə aldığını etiraf edib:



"Çox həkimlər gəzdim, müalicə aldım. Amma son vaxtlar artıq uşağım olmayacağını düşünüb, inad etməkdən əl çəkdim.

Bir gün Okana dedim ki, mənə gözəl yaz tətili hədiyyə et. Bodruma getdik, hər gün balıq yeyib, rakı içirdim.

Qəfildən halım pisləşdi, zəhərləndiyimi düşündüm. Amma sonda hamilə olduğum ortaya çıxdı. Çox sevindik.



Okan hər gün qulluğumda durur, evə gələndə ilk olaraq qarnımdakı körpə ilə söhbət edir, qısqanıram.

 

Etiraf edim ki, uşaq üçün ürəyim getmir. Böyük ailəmiz olmasını Okan istəyir. Bütün günü hamiləliklə bağlı məlumatlar oxuyur. İstanbuldakı bütün qadın həkimlərin nömrəsini bir dəftərə yazıb. Həkimə gedəndə heç məni tək qoymur".



Dəmətin həyat yoldaşı Okanla birlikdə etdirdiyi fotosessiyanı təqdim edirik.
Dəmətdən hamiləlik pozları
 

 

 

 

 






скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!