"Gülyazla evlənib, oğluna baxmağa hazıram"

Xəbərlər
10.09.2017 38
Əməkdar artist Teymur Əmrah həmkarı Gülyaz Məmmədovaya sevgisini etiraf edib.
Qadınlar.biz xəbər verir ki, bu barədə müğənni "Lider” telekanalında yayımlanan "Pərdə” verilişinə açıqlamasında danışıb.
O, G.Məmmədovayla evlənmək istədiyini bildirib:
"Bu günə kimi cəmi iki qız tələbəm olub: İradə İbrahimova və Sima Qasımova. Bəxtimdən tələbələrimin hamısı ailəli idi. Mənim üçün vizual görünüş əhəmiyyətli deyil, insani keyfiyyətlər daha vacibdir. Gülyaz xanımın tərbiyəsinə vurulmuşam. Onu sevəndə ailəli, bir övlad anası olduğunu bilməmişəm. Gülyazla birlikdə yaşaya bilərik, oğluna da baxaram. Onun özünə də bu təklifi etmişəm. Deyib ki, səni çox istəyirəm, amma mənim övladım var. Artıq yaş keçib, qovuşmaq bizdən uzaqdır”.
Əməkdar artistin sözlərinə görə, ailə qurmaq üçün qız axtarışına davam edir:
"Sənət adamı olsam da, ailəmə qarşı ciddi davranacam. Abrımı çölə qoyan deyiləm. Mən evləndikdən sonra bayıra çıxanda evimin qapısını dörd açarla bağlayacam. 60 yaşıma kimi elə saxlayacam, çünki inam yoxdur. Bu düşüncəyə görə də uzun müddətdir güvənmək istədiyim qadını axtarıram”.
Teymur Əmrah hətta gələcək övladlarının ismini da açıqlayıb. O, oğluna Ümid, qızına isə Fidan adını qoymağı arzulayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!