Emin yeni “Amor”u təqdim etdi - Video

Emin yeni “Amor”u təqdim etdi - Video
Xəbərlər
10.09.2017 112
Müğənni-bəstəkar Emin məşhur "Amor” mahnısının rus dilində olan versiyasına çəkdirdiyi klipi təqdim edib.
Qadınlar.biz-in məlumatına görə, bu ekran işində də "Kainat gözəli” Oliviya Kalpo çəkilib.
Çəkilişlər bu dəfə Moskvada, "Krokus Ekspo”da baş tutub. Klipi ingilis dilində olan versiyanı lentə alan yaradıcı heyət çəkib.
Emin rusiya mətbuatına müsahibəsində ekran işini açıq havada çəkməyi planlaşdırsa da soyuq və yağış buna imkan vermədiyini deyib. Müxbirin suallarını cavablandıran Emin mahnını rus dilinə tərcümə etməsindən danışıb:
"Rusiyada bir neçə radio verilişinə qonaq oldum. Mahnını çox bəyəndilər, amma rus dilində olmamasına təəssüfləndilər. Bu da məni düşündürdü. Londondan Moskvaya uçanda bəstəni rus dilinə çevirdim. Düzdür, bəzi çətinliklər oldu, amma nəticə pis alınmadı. İlk klip sevgidən bəhs edirdi, burada isə artıq hisslərin azaldığı göstərilir”.
Müğənninin yeni klipini təqdim edirik.


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!