"Star tv"nin rəhbəri Aygünə "Hürrəm" rolunu təklif edib

Xəbərlər
10.09.2017 16
Xalq artisti Aygün Kazımova haqda indiyədək bilinməyən maraqlı məqam ortaya çıxıb.
 
Qadınlar.biz xəbər verir ki, müğənni bir neçə il öncə Türkiyənin "Star TV” kanalında yayımlanan "Möhtəşəm yüz il” serialına çəkilmək üçün təklif alıb.
Serial hələ yayıma başlamamışdan Hürrəm Sultan obrazı məhz Aygün Kazımovaya təklif olunub. Təklif "STAR TV”nin rəhbərliyi tərəfindən gəlib. Belə ki, kanalın ovaxtkı rəhbəri Faruk Bayhan Aygün Kazımova və divanın eks meneceri, "Best Model of the World” yarışmanın prezidenti Erkan Özərman ilə bu rol barədə danışıqlar aparıb. Hətta sənətçinin ekran işi üçün geyimlərini azərbaycanlı modelyer Leyla Əhmədova hazırlayacaqmış. İşbirliyinin alınmamasına səbəb isə filmin "Star TV” ilə anlaşmasının baş tutmaması olub. Belə ki, serial ilk olaraq "Show TV” tərəfindən çəkilməyə başlayıb.
Xəbəri Aygün Kazımova özü də təsdiqləyib. O, həmin ərəfədə bu barədə mətbuata açıqlama verdiyini bildirib.

"Star tv"nin rəhbəri Aygünə "Hürrəm" rolunu təklif edib
 
"Star tv"nin rəhbəri Aygünə "Hürrəm" rolunu təklif edib
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!