Bakı Metropolitenində erotik təbliğat - ARAŞDIRMA

Bakı Metropolitenində erotik təbliğat - ARAŞDIRMA
Xəbərlər
10.09.2017 36
Bu
günlərdə dünyanın aparıcı KİV-lərində bir xəbərə geniş yer verildi.
Söhbət Kolumbiyanın Gigante şəhərində bir kişinin dozadan artıq cinsi
gücü artıran həblər qəbul etməsi və nəticədə cinsi orqanını itirməsindən
gedir. Nəticədə kişinin cinsi orqanında irinləmə, qanqrena (çürümə)
başlayıb və həkimlərin cinsi orqanı amputasiya etməkdən başqa əlacları
qalmayıb. Həmin vaxt aparıcı KİV-lərdə çıxış edən həkimlər də
xəbərdarlıq etdilər ki, həkim tövsiyəsi olmadan belə həblərdən istifadə
yolverilməzdir.
 
 
Səhiyyə Nazirliyi susur, Bakı Metropoliteni qidamıza "əlavə” edir
 
 
Azərbaycanda
isə vəziyyət tamam fərqlidir. Bu həbləri istehsal edən şirkətlərin
KİV-lərdə reklamı bir yana, dövlət qurumu olan, hər gün kişi, qadın,
yaşlı, cavan, uşaq, bir sözlə, mütləq əksəriyyətin qatarlarının
sərnişini olduğu Bakı Metropoliteni İdarəsinin stansiyalarında "Tongkat
Ali Max”,  "Bisatibo” və digər belə vasitələr böyük reklam lövhələrində
təbliğ olunmaqdadır. Reklamlarda həblərin cinsi zəifliyi yaradan
səbəbləri aradan qaldırdığı, qəbulunun təhlükəsiz olduğu, yəni həkim
məsləhətinə ehtiyac duyulmadığı qeyd edilib. "Reklam haqqında”,
"Əczaçılıq fəaliyyəti haqqında” və "Dərman vasitələri haqqında”
qanunlara əsasən, reseptsiz buraxılan dərman preparatlarının reklamı
Səhiyyə Nazirliyinin icazəsi ilə həyata keçirilməlidir.  Məsələni
araşdıran Lent.az öncə bu sahədə qanunvericiliyin tələblərinə nə dərəcədə riayət olunduğu ilə maraqlanıb.
 
Qanunvericiliyin tələblərini və insan sağlamlığının qorunmasının ən vacib məsələ olduğunu nəzərə alaraq, Lent.az məsələni
araşdırıb, bununla bağlı Səhiyyə Nazirliyi və  Bakı Metropoliteni
İdarəsinə rəsmi sorğular göndərilib. Sentyabrın 4-də Səhiyyə Nazirliyinə
ünvanlanan rəsmi sorğuda nazirlikdən aşağıdakı sualların
cavablandırılması xahiş edilib:
 
 
 -
Mövcud qanunvericiliyə uyğun olaraq Bakı Metropoliteni İdarəsi 
"Tongkat Ali Max” və "Bisatibo” dərman vasitələrinin Bakı
Metropoliteninin stansiyalarında reklamı ilə bağlı Səhiyyə Nazirliyinə
müraciət edib?
 
-
Səhiyyə Nazirliyi "Tongkat Ali Max”  və "Bisatibo” dərman vasitələrinin
Bakı Metropoliteninin stansiyalarında reklamına nə vaxt müvafiq icazə
verib?
 
Ancaq
təəssüf ki, ötən bir ay ərzində sorğuya cavab almaq mümkün olmayıb.
Hətta media nümayəndələrinin telefonlarına çox nadir hallarda cavab
verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ilə
bu arada bir dəfə əlaqə saxlamaq xoşbəxtliyinə nail olsaq da, sorğumuzun
cavablandırılmasını xahiş etsək də, bir nəticə hasil olmadı.
 
Lent.az Bakı
Metropoliteni İdarəsinə "Mövcud qanunvericiliyə uyğun olaraq Bakı
Metropoliteni İdarəsi "Tongkat Ali Max” və "Bisatibo” dərman
vasitələrinin reklamı ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edərək
müvafiq icazə alıbmı” sualını da ünvanlayıb.  
Bakı Metropoliteni İdarəsindən baş müdir Hacıyev Y.A. adından Lent.az-a
ünvanlanan rəsmi cavabda qeyd edilir ki, məktubda adı çəkilən "Tongkat
Ali Max” və "Bisatibo” məhsulları dərman vasitəsi deyil. Səhiyyə
Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyinin verdiyi
sanitar-epidemioloji rəydə bu məhsullar "Qidaya bioloji əlavə” olaraq
göstərilib: "Bu məhsullar dərman vasitəsi olmadığı üçün "Dərman
vasitələri haqqında” qanunun tələbləri məktubda yazdığınız məhsullara
şamil edilmir”.
 
 
Ancaq
"Tongkat Ali Max” və "Bisatibo” dərman vasitəsi deyil, qidaya bioloji
əlavədirsə, reklamlarda bu həblər cinsi zəifliyi yaradan səbəbləri
aradan qaldıran vasitə kimi niyə təqdim olunur? Axı qidaya bioloji
əlavələr müəyyən xəstəliklər zamanı təzahürləri aradan qaldıra bilər,
xəstəliyin səbəblərini yox! 
 
 
Vəziyyətimiz yaxşı deyil...
 
 
Professor Adil Qeybulla isə Lent.az-a
açıqlamasında deyib ki, hər bir dərman vasitəsi təyinatından asılı
olaraq həkim tərəfindən xəstələrə təyin olunur. Bu sahədəki əsas
problemlərdən biri də Azərbaycanda dərman vasitələrinin dövlət
reyestrinin olmamasıdır. Əslində həkim də xəstəyə dövlət reyestrinə
salınmamış dərman vasitəsi təyin etməməlidir. Lakin Azərbaycanda dərman
vasitələrinin dövlət reyestri yoxdur və sadəcə, Səhiyyə Nazirliyində
Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi yaradılıb, bu qurum
dərman vasitələrini yoxlayır, istifadəsinə icazə verir: "Ancaq dərman
vasitələrinin tam tədqiqi aparılmalıdır. Nəzərə alınmalıdır ki, dərman
təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsidir. Almaniya, 
İngiltərə, İsveç kimi ölkələrdə dərmanların tərkibini tam dəqiqliklə
müəyyən edən laboratoriyalar var, Azərbaycandakı laboratoriyalar o
səviyyədə deyil. Buna görə də Azərbaycanda sınanmış dərman
vasitələrindən istifadə zəruridir.  Bunun üçün Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) reyestrinə daxil edilən dərmanlardan istifadə etmək
lazımdır. ÜST-nin reyestrinə daxil olmayan dərman vasitələrinin kütləvi
tətbiqinə icazə verilməməlidir”.
 
 
Professor
deyir ki, ekstraktlar, bitki və heyvani mənşəli dərmanlar,  "Tongkat
Ali Max”, "Bisatibo” kimi həblər də bura daxildir, ÜST-nin reyestrində
yer almayıb: "Bu dərman vasitələrinin Azərbaycanda tətbiqinə
tələsməməliyik. Biz ilk növbədə ÜST-nin reyestrində yer alan dərman
vasitələrindən istifadə etməliyik. Təəssüf ki, ölkəyə dərman vasitələri
gətirən şirkətlər qanunlardakı boşluqlardan istifadə edir, müəyyən
nüfuzların qarşısında belə vəziyyət yaranır. İctimai rəy, mətbuat
belələrinin əl-qolunu bağlaya bilər”.  
 
 
Adil
Qeybulla onu da qeyd etdi ki, reklamlarda vurğulandığı kimi "Tongkat
Ali Max”, "Bisatibo” kimi vasitələr xəstəliyin səbəblərini aradan
qaldıra bilməz. Onun sözlərinə görə, bunlar sintematik müalicəyə, yəni
xəstəliyin təzahürlərinin aradan qaldırılmasına hesablanıb, xəstəliyin
səbəblərini müalicə etmir. Başqa sözlə, cinsi zəifliyi müvəqqəti
gücləndirir, cinsi zəifliyi yaradan səbəbləri aradan qaldırmır: "Bu
reklamların yaradacağı bir ciddi fəsadı da nəzərə almaq lazımdır.
Sintematik müalicəyə hesablanmış bu dərmanlar müəyyən yaşlı adamlara
lazım ola bilər, bu, başqa məsələdir. Lakin belə dərmanlar cavan və orta
yaşlı adamlar üçün ziyanlı ola bilər”.
 
"Adamı həbs edərlər”
 
Məsələnin
mənəvi aspekti də diqqətdən kənarda qala bilməz. Azərbaycan Avropa və
Asiya, Qərbə Şərq arasında bir körpüdür. Ancaq Azərbaycan xalqının
milli-mənəvi dəyərlərini, mentalitetini, əhalinin əksəriyyətinin sitayiş
etdiyi islam dinini nəzərə alsaq, bir dövlət qurumunun dövlətin
imkanlarından istifadə edərək bu cür reklam fəaliyyəti ilə məşğul olması
normal qarşılana bilməz. Yuxarıda da qeyd etdiyimiz kimi, o metro
stansiyalarına qız, oğlan, qadın, kişi, yaşlı, cavan, uşaq, ailəli,
subay - hər kəs gəlir. Həm də günün istənilən vaxtında. Hətta
telekanallarda belə müəyyən filmlərlə bağlı yaş senzi, yaxud nümayiş
etdirilmə vaxtı ilə bağlı məhdudiyyətlər yer alırsa, Bakı Metropoliteni
İdarəsi reklam siyasətində niyə məsələnin bu aspektinə diqqət yetirmir.
 
Yeri gəlmişkən, dövlət qulluqçularının etik davranış qaydalarını nəzərə alaraq,  Lent.az Bakı
Metropoliteni İdarəsinə "Cinsi zəifliklə əlaqədar dərman vasitələrinin
reklamı Bakı Metropoliteni İdarəsinin Nizamnaməsinə nə dərəcədə
uyğundur?” sualı da ünvanlayıb. Bu suala cavabdan isə biganəlik duyulur:
"Digər sualınıza cavab olaraq nəzərinizə çatdırırıq ki, Azərbaycan
Respublikası ərazisində reklam fəaliyyəti "Reklam haqqında qanun”a görə
tənzimlənir və sözügedən reklamların məzmunu bu qanunla ziddiyyət təşkil
etmir. Bakı Metropoliteninin Nizamnaməsinə hər hansı bir reklam
eskizinin məzmununun aidiyyatı yoxdur...”.
 
Professor
Adil Qeybulla isə deyir ki, Şərqi bir kənara qoyaq, Avropada, məsələn,
Almaniyada bu cür dərmanlar belə kütləvi reklam olunsa, həmin adamı həbs
edərlər: "ABŞ-da isə ümumiyyətlə, resept olmadan heç bir dərman
buraxılmır...”.
 
Yeri
gəlmişkən, reklamların səhv məzmunu da cinayət məsuliyyəti doğurur və
Azərbaycanda səhv məzmunlu, istehlakçıya yanlış məlumat verən, yönəldən
reklamlardan istifadəyə görə tez-tez İqtisadi İnkişaf Nazirliyi yanında
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət
Xidməti tərəfindən hansısa iş adamlarına iş qaldırıldığı, onların
cərimələndiyi barədə xəbərlərə rast gəlirik. Ümid edirik ki, kütləvi
şəkildə qidamıza edilən bu əlavə ilə bağlı istehlakçıların hüquqlarını
müdafiə etməli olan Xidmət nəhayət, öz üzərinə düşən işi görəcək...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!