Nişanlı cütlüyün faciəvi sonu: toya 18 gün qalmış...

Nişanlı cütlüyün faciəvi sonu: toya 18 gün qalmış...
Xəbərlər
10.09.2017 37
Türkiyədə nişanlı cütlük toylarına 18 gün qalmış dəhşətli faciə ilə
qarşılaşıblar. Belə ki, 6 oktyabrda baş tutacaq toylarının
dəvətnamələrini paylamağa gedən nişanlı cütlüyün motosikleti yolda
kamazla toqquşub. Qəza zamanı sevgililər Dilek Bay ilə Barış Yarmaz
həyatlarını itiriblər.
Qadinlar.Biz-in Türkiyə mətbuatından əldə etdiyi məlumata görə, Dənizlidə
bir hoteldə aşbazlıq edən Barış Yarmaz nişanlısı Dilekle həm toy
dəvətnamələrini paylamaq, həm də evləndikdən sonra qalacaqları evə
baxmaq üçün motosikletlə yola düşüblər. Ancaq bədbəxtlikdən yol
qovşağını keçərkən 42 yaşlı Mehmet Dağın idarə etdiyi kamazla
toqquşublar. Qəza nəticəsində ağır yaralanan sevgililər xəstəxanaya
çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Nişanlı cütlüyün ölüm xəbəri ailələrini şoka salıb. Gənc sevgililərin
dəvətnamələrində yazılan bu cümlələr isə insanların qanını dondurur:
"Sonsuz bir dənizin sahilində küləyə doğru yelkən açmış iki nəfərik.
Bizi yola salmağa gəlib yelkənimizə külək, qəlblərimizə sevgi
verərsiniz....‟  Talehsiz cütlüyün bütün xəyalları beləcə yarımçıq
qalıb.
Qəribədir ki, həyatda qovuşa bilməyən cütlüyü qəbir evində də
bir-birindən ayrı salıblar. Nədənsə yaxınları onları ayrı-ayrı
qəbirstanlıqlarda torpağa tapşırıblar.                    скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!