10 gün zorlanan qadın necə xilas oldu? DƏHŞƏT

10 gün zorlanan qadın necə xilas oldu? DƏHŞƏT
Xəbərlər
10.09.2017 10
İtaliya polisi kilsə xidmətçilərini həbs edib.  Qadinlar.Biz-in
Rusiya KİV-ə istinadən xəbərinə görə, həmin şəxslər "qrup seksi"
məqsədilə Nigeriya vətəndaşı olan qadını oğurlamaqda şübhəli bilinir.
Qadın demək olar ki, iki həftə "seks köləsi" olaraq saxlanılıb. Cinsi
əlaqəyə girməkdən imtina etdiyi üçün keşiş və dostlarə bu üsulla qadını
cəzalandırıb.
 
Təcavüzkarlar bandasının oğurladığı qadın apostol kilsəsində
saxlanılıb. Cinayətin üstü açıldıqdan sonra 39 yaşlı qadın xəstəxanaya
yerləşdirilib. Onun vəziyyəti qənaətbəxşdir.
 
İlkin məlumata görə, qadın 38 yaşlı keşişin ədəbsiz təklifinə "yox"
cavabı verdikdən sonra oğurlanıb. Onun oğurlanmasında keşişlə yanaşı
31-39 yaşlarında iki kişi, eləcə də iki qadın iştirak edib. Qadınlar
əsir götürülən həmcinslərinin saxlanıldığı otağın qapısında keşik
çəkiblər.
 
Nigeriyalı qadın 10 sutka həbsdə saxlanılıb. Bu müddət ərzində onu qrup
şəklində zorlayıblar. "Nəhayət, ona əzab verənlər kilsədə olmadığı
zaman qadın mobil telefon tapıb 113 xilasetmə xidmətinə zəng edə bilib.
Bundan sonra polis kilsəyə gələrək axtarış aparıb", - Corriere della
Sera qəzeti yazır.
 
Polislər otaqlardan birindən qorxudulmuş qadını taparaq azad ediblər.
Keşiş və qadının oğurlanmasında iştirak edən digər iki kişi həbs edilib.
Oğurluqda iştirak edən iki qadın isə uşaqlarına baxmaları üçün girov
müqabilində sərbəst buraxılıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!