Tunayla Ceyhun Əli sevgilidir? – açıqlama

Tunayla Ceyhun Əli sevgilidir? – açıqlama
Xəbərlər
10.09.2017 131
ATV-nin aparıcısı Ceyhun Əli və model Tunay Əliyevanın sevgili olma xəbəri yayılıb. 

Açıqlama verən Tunay məsələyə aydınlıq gətirib. 

O, Ceyhunla yalnız tərəf-müqabili olduqlarını bildirib:
"Bütün şəhər bu məsələdən danışır. Sosial şəbəkəyə bir foto qoyan kimi hamı yazır: çox yaraşırsınız. Biz Ceyhunla yalnız verilişdə tərəf-müqabiliyik. Çəkilişlərimiz səhər saat 10-da başlayır, axşam 9-a kimi davam edir. Bu vaxt içində biz foto çəkdirir, stress atırıq. Heç vaxt çəkilişdən kənar dost kimi görüşməmişik, buna vaxtımız da olmur. Sevgili deyilik. Sadəcə, insanlar bizi bir-birimizə yaraşdırırlar. Ceyhun tərbiyəli, olduqca mədəni insandır. Mən kişilərə qarşı qəddar düşüncələrə sahibəm. Hər oğlanı sevmirəm. Amma Ceyhun fərqlidir. Savadlıdır, alicənabdır, gözəl söhbətlər edir, dialoq qura bilirik. Həm də yaraşıqlıdır”.

Qeyd edək ki, T.Əliyeva və C.Əli birlikdə "Aydın səs" yarışmasını aparır.
 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!