Bakıda məmur övladları məktəbli qızı zorladı - ŞOK

Bakıda məmur övladları məktəbli qızı zorladı - ŞOK
Xəbərlər
10.09.2017 177
Bakıda dəhşətli zorlanma faktı aşkarlanıb.
 Bakının Xətai rayon Prokurorluğundan verilən məlumata görə, Nəsimi
rayon sakini, 1995-ci il təvəllüdlü S.R. fevralın 8-dən 19-dək müxtəlif
vaxtlarda bir neçə şəxs tərəfindən cinsi istismara məruz qalıb. Bu
barədə hüquq-mühafizə orqanlarına həmin qızın qardaşı xəbər verib. Belə
ki, həmin vaxt ərzində, yəni fevralın 8-dən 19-dək qızın harada olmasını
araşdıran qardaş onun həmin müddətdə bir neçə dəfə müxtəlif şəxslər
tərəfindən zorla cinsi əlaqəyə məcbur edildiyini öyrənib. Qızın həmin
şəxsləri tanıyıb-tanımadığı dəqiq bilinmir. Dəhşətli fakt qarşısında
qalan qardaş bu barədə polisə məlumat verib. Məlumatı Xətai rayon Polis
İdarəsinin 37-ci Polis Bölməsindən təsdiqləyiblər. Qəzetimizə isə məsələ
ilə bağlı məlumatlı şəxsin verdiyi məlumata görə, hadisəni bir qrup
məmur övladları tərəfindən törətdildiyi bildirilir. Mənbənin
bildirdiyinə görə, məmur övladları (hansı məktəbdə hadisənin baş
verdiyini və məktəbli S.R.-nin adını açıqlamaq istəmirik r.d) məktəblini
dərsdən çıxarkən bahalı "CİP" avtomobilinə məcburi qaydada otuzduraraq
nəməlum istiqamətdə aparıblar. Hadisə məktəblilərin gözü qarşısında baş
verib. Sonradan sözü gedən məktəb şagirdlərindən biri S.R. oğurlandığı
barədə onların evlərinə məlumat verib. Qızın qardaşı isə məsələ ilə
bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Bir neçə gündən sonra
mütəmadi olaraq bir neçə şəxs tərəfindən zorlanan qız evlərinə dönüb.
Hüquq-müfafizə orqanları işi araşdırarkən "ip ucu" bir neçə məmur
övladlarının üzərində dayandığından onlara "dişləri" batmayıb.
Məcburiyyət qrşısında qalan polis zorlanan qızla bağlı məsələni
ört-basdır etmək üçün səylər göstərib. Hətta zorlanan qizin
valideyinlərinə böyük miqdarda pul da təklif olunub. Ancaq zorlanan
qizin valideyinlərinin və qohumlarının polisə rədd cavabı bildirmələri
məsələni "düyünə" salıb. Elə bu baxımdan polis hal-hazırda törədilən
cinayəti kiminsə üzərinə yıxmaq və onu həbsə alıb özünü təmizə çıxartmaq
üçün çıxış yolları axtarır deyə mənbə vurğulayır. Məsələ ilə bağlı,
Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi ilə əlaqə saxladıq.
Polis bölməsinin növbətçı mayoru Mahir Səlimov qəzetimizə zorlama
hadisəsi baş verdiyini təsdiqləyərək bildirdi ki, hal-hazırda "100 faiz"
hadisəni törədən şəxslərlər saxlanılmayıb. Mahir müəllim hansı məmur
övladlarının məktəblini zorlaması sualına gəlincə isə çətinlik çəkərək
qeyd etdi ki, məsələ ilə bağlı polis bölmənsinin təhqiqatçısı Ceyhun
müəllim tərəfindən araşdırıldığından və cinayət hadisəsinin ört-basdır
edilməsi sualına o daha ətraflı cavab verə bilər dedi. Qəzetimiz çapa
gedərkən, məsələ ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.
Belə ki, Baş Prokurorluq Bakıda 15 yaşlı qızın zorlanması faktı ilə
əlaqədar rəsmi məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən
Lent.az-a verilən eksklüziv məlumatda bildirilir ki, aparılmış
istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində
şübhəli bilinən 1980-ci ildə anadan olmuş Teymurov Babamir Etibar oğlu
və 1990-cı ildə anadan olmuş Rəsulov Sadiq Rasim oğlu tutulub, həmçinin
cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin müəyyən
edilərək istintaqa cəlb olunması istiqamətində istintaq-əməliyyat
tədbirləri davam etdirilir.
/http://lent.az/news/news/59765/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!