Yeni evlənmiş ər həyat yoldaşını “zapravkada” unutdu

Yeni evlənmiş ər həyat yoldaşını “zapravkada” unutdu
Xəbərlər
10.09.2017 25
 

Aylenin həyat yoldaşı arvadının avtobusda yatdığından əmin imiş.
Almaniya
sakini bir neçə saat əvvəl nikah bağladığı arvadını yanacaqdoldurma
stansiyasında unudub və onun yoxluğunu yalnız 200 kilometr yol qət
etdikdən sonra aşkarlayıb.
 
Qadınlar.Biz oxu.az-a
istinadən xəbər verir ki, Almaniyanın Hessen federal torpağında baş
vermiş hadisə haqqında FFH radiostansiyasına unudulmuş arvad – 33 yaşlı
Aylen Novak özü danışıb.
 
Onun sözlərinə görə, əri yanacaq doldurmaq
üçün öz mikroavtobusunu Kirhhaym bələdiyyəsində saxlayıb, gəlin isə
ayaqyoluna gedib. Geri qayıdan Novak mikroavtobusun artıq getdiyini,
bütün pulları və telefonunun da maşında qaldığını aşkarlayıb.
 
Öz növbəsində Aylenin reportajda adı
çəkilməyən əri bildiirb ki, arvadının mikroavtobusun arxasında yatdığını
düşünüb və musiqi dinləyərək yoluna davam edib. Yalnız Aşağı
Saksoniyada Braunşveyqə çatan şübhələnib. O görüb ki, onlarla gedən
uşaqlar özlərini səs-küylü aparırlar və onları heç kim sakitləşdirmir.
 
Öz növbəsində Aylen ilk əvvəl ərinin başının
xarab olduğunu düşünüb, lakin sonradan ürəyi yumşalıb. O, radioya
müsahibəsində daha küsmədiyini bildirib. Ər-arvadın bir-birinə
qovuşmasına isə polislər kömək olublar.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!