Həyat yoldaşını zorlamaq istəyən atasını öldürən oğul

Həyat yoldaşını zorlamaq istəyən atasını öldürən oğul
Xəbərlər
10.09.2017 18
Məzahir Qasımov böyük övladı olan Anarı hərbi xidməti başa vurandan sonra evləndirib.
Spirtli içki düşgünü olan Məzahirin ailəsində daima dava-dalaş salıb.
Həyat yoldaşına və övladlarına gün verib, işıq verməyən Məzahir evinə gəlin gətirəndən sonra da əməllərindən əl çəkməyib.
O, gününü qara gətirdiyi insanların siyahısına təzə gəlinini də əlavə edib.
Bir gün evə sərxoş gələn Məzahir gəlininə tamah salır. Oğlunun evdə
olmamasından istifadə edib, gəlini aldadaraq otağına çağırır. Otaqda
ikisi olanda qaynata gəlinin əlindən tutaraq çarpayıya yıxır.
Qaynata gəlinini zorla soyunduraraq onunla cinsi əlaqədə olmaq istədiyi bildirib.
Gəlinin səsinə qaynanası gəlir. Arvadının gəlməsi Məzahirə çirkin niyyətini həyata keçirməyə imkan vermir.
Qaynatası tərəfindən zorlanmaq istəyən gəlin baş götürərək, ər evindən qaçır. Gəlin bir daha Qasımovların evinə gəlmir.
Bir müddət sonra Anar başqa bir xanımla yenidən ailə həyatı qurub.
Lakin sərxoşluqla məşqul olmaqda davam edən Məzahir evdə dava salmaqda davam edir.
Bir gün səhər Məzahir Qasımov ilə Anar arasında mübahisə düşür. Atası Anarı söyür.
Həmin gün yeməkdən sonra Anarın anası ondan 5 manat pul alaraq gəlini ilə dükana gedir.
Anası ilə həyat yoldaşını dükana yola salan Anar ilə atası evdə ikisi qalır.
Evə qalxmaq istəyən Anarın qarşısını sərxoş atası kəsib.
Oğlunun qarşısını pilləkənlərdə kəsən Məzahir ona iradını bildirib. Ata
oğluna deyib ki, "birinci arvadınla yaxın olmağa imkan vermədiniz, indi
heç olmasa bu arvadınla cinsi əlaqədə olmağa imkan ver. Xoşluqla
razılaşmasanız arvadını sənin gözünün qarşısında zorlayacağam”.
Dediyi sözdən oğlunun əsəbləşdiyini görən Məzahir otağına keçərək yatağında oturub.
Anarda atasının arxasınca həmin otağa daxil olub. Məzahir oturan
çarpayıya yaxınlaşan Anar atasından sərxoşluğu atıb sakit mehriban həyat
sürmələrini və etdiyi biabırçılıqlara son qoymasını xahiş edib. Lakin
oğlunun xahişi Məzahiri əsəbləşdirib. Məzahir yenidən oğlunu söyüb
təhqir edib.
Atasının düzəlməyəcəyini fikirləşən Anar, Məzahiri oturduğu çarpayıya
itələyərək bir əliylə ağzında tutub digəri ilə isə onu nəfəsi kəsilənə
kimi boğur.
Atasını öldürəndən sonra Anar anası ilə həyat yoldaşının dükandan
qayıtmasını gözləyib. Onlar qayıdandan sonra sağollaşaraq rayon polis
şöbəsinə gedib könüllü təslim olub.
Polis hadisə barədə rayon prokurorluğuna məlumat verib. İşi araşdıran
müstəntiq Anar Qasımovun əməlini Cinayət Məcəlləsini 120.1-ci (qəsdən
adam öldürmə) maddəsi ilə qiymətləndirib.
Cinayət işinin ilkin istintaqı yekunlaşandan sonra məhkəməyə göndərilib.
Məhkəmə Anar Qasımovun ifadəsi ilə başlayıb. Anar məhkəməyə atasının
daima ailə üzlərinə zülm verdiyi bildirib. Qasımov deyib ki, "atamın,
qarşısında diz çöküb xahiş etdim ki, bu hərəkəti etməsin”, lakin o mənə
arvadın onsuz da mənim olacaq dedi və bundan sonra olanları
xatırlamıram.
Məhkəmədə ifadə verən Anarın anası da ərinin zülmündə danışıb.
Bütün tərəfləri dinləyəndən sonra məhkəmə müşavirəyə yollanıb.
Müşavirə otaqından qayıdan hakimlər Anar Qasımovu qəsdən adam öldürmədə təqsirli biliblər.
Məhkəmənin hökmü ilə Anar Qasımov 8 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!