18 yaşlı qızı zorladı, sonra kişilərə satdı

18 yaşlı qızı zorladı, sonra kişilərə satdı
Xəbərlər
10.09.2017 38
Türkiyənin Samsun bölgəsində 6 il öncə 18 yaşlı
qızı zorladıqdan sonra çılpaq şəkilləri ilə təhdid edərək fahişəliyə
cəlb edən şəxsin cəzası bəlli olub. Qadinlar.Biz xəbər verir ki,
hadisə baş verən zaman D.Ş-nın 18 yaşı vardı. 2007-ci ilin may ayında 30
yaşlı həyat yoldaşı F.K ilə birlikdə Kayseridən Samsuna işləmək üçün
gələn Sinan K. telefonla danışdığı qızı evlənmək vədi ilə aldadır.
Ailəsi ilə birlikdə yaşayan D.Ş da ona inanaraq az sonra Kayseridən
qaçaraq Samsuna gəlir. Ancaq sevgilisinin evli olduğunu öyrəndikdən
sonra geri dönmək istəyir. Sinan qızın getməsinə mane olmaq istəyir. Ona
spirtli içki verərək təcavüz edir...
Zamanla da gənc qızı pul qarşılığında kişilərə satmağa başlayır.
Yaşadığı həyatdən bezən və evinə dönmək istəyən qızı Sinan K. çəkdiyi
çılpaq şəkillərilə təhdid edir.
Qız cinsi yaxınlıq etdiyi adamlardan birinə başına gələnləri
danışdıqdan sonra həmin şəxs bu haqda polisə xəbər verir. Polis Sinan
K., dostu Mehmet K. və qızla cinsi yaxınlıq etdikləri söylənilən 4
kişini həbs edir.
Sinan K. verdiyi ifadəsində qızın yalan dediyini, onun özünün onların
yanına gəlmək istədiyini və ona heç toxunmadığını, heç kimə də pul
qarşılığında satmadığını deyib. Zərərçəkən qız isə "Evə dönmək
istədiyimdə Sinan K. məni döydü. İçki içirdərək mənə təcavüz etdi. Sonra
da məni kişlərə satmağa başladı. Qaçmaq istədiyimdə mənim kişilərlə
olan çılpaq şəkillərimi atama göndərəcəyi ilə təhdid etdi", - deyib.
Məhkəmənin qərarı ilə 32 yaşlı Sinan K. və bu işdə ona yardımçı olan dostu Mehmet K. 5 il həbs cəzası alıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!