Mehriban Əliyevanın brend üzüyü... - FOTO

Mehriban Əliyevanın brend üzüyü... - FOTO
Xəbərlər
10.09.2017 34
"Üzük Azərbaycan prezidentinin bir daha ailə dəyərlərinin ən parlaq simvolu oldu"
"Nargiz” jurnalı dünyanın ən nüfuzlu birinci ledilərini birləşdirən,
bahalı və zövqlü zinət əşyaları ilə tanınan "Tiffany” brendinin maraqlı
tarixini bölüşüb. 
Əsasən birinci ledilərə prezidentlər
tərəfindən bu zinət əşyalarının hədiyyə olunmasının xüsusi simvolu var.
Bu ənənə hələ Amerikanın ən görkəmli prezidenti olmuş Avram Linkolndan
başlayıb. Belə ki, sevgisini bildirmək  üçün  prezident xanımı Meriyə bu
markadan olan mirvari dəst hədiyyə edir və Meri 1862-ci ildə onu rəsmi
inauqrasiya mərasiminə taxır. Bu ənənəni sonralar Eyzenhauer, Ruzvelt,
Con Kennedi də davam etdirir. 
Jurnal yazır ki, Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva da öz seçimini "Tiffany”dən Şlyümberjin
dizaynı olan üzüklə edib: "Üzük Azərbaycan prezidentinin ənənəvi yeni il
öncəsi verdiyi müsahibədəki çəkilişlərdə bir daha ailə dəyərləninin ən
parlaq simvolu oldu”.
Qeyd edək ki, brendin məhsulları ilə bağlı
məlumat əldə etmək istəsək də, məhsulun rəsmi saytı işlək vəziyyətdə
olmadı. Lakin məlumat üçün deyək ki, Tiffany & Co brendi dünyada ən
çox sürəti çıxarılan markalardandır. Bu səbəbdən də brendin saxta
məhsulları belə online mağazalarda 130 dollardan, milyon dollarlara
qədər satılır.


 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!