Türkiyədə “halal” seks mağazası açıldı

Türkiyədə “halal” seks mağazası açıldı
Xəbərlər
10.09.2017 34
"Görəsən Dəyanət Bakanlığı bu işə nə deyəcək?”
Türkiyədə erotik məhsulların satışı ilə məşğul olan seks-şopların fəaliyyətinə artıq xeyli müddətdir ki, icazə verilib. Qardaş ölkə müsəlman ölkələri arasında belə mağazaların fəaliyyətinə rəsmi icazə verən ilk ölkələrdən biri olması ilə də tarixə düşüb.
Müsəlman Türkiyəsi birincilik uğrunda mübarizəsində daha bir "rekorda” imza atıb: qardaş ölkədə "halal seks-şop” açılıb.
Bu barədə yazı ilə Türkiyənin "Radikal Gazetesi”nin köşə yazarı Tayfun Atay çıxış edib.
O, "Halal seks-şop ölkə üçün xeyirli olsun” başlıqlı məqaləsində yazır:
"Dünən elektron poçtumu açdım və nə gördüm! Türkiyədə yeni halal seks-şop açılıb. Göndərilən məktubda İslam qaydalarına uyğun fəaliyyət göstərən belə bir mağazanın açıldığından xəbər verilir – "Sizləri də mütləq gözləyirik”, deyə, məktubda qeyd olunur.
Yazar həmçinin qeyd edir ki, o, hələ 2010-cu il aprelin 13-də Hollandiyada belə bir "halal” seks-şopun açılması barədə xəbər yazmışdı:
"İndi də bizdə açıldı bu (www.helalsexshop.com). Dünyada Hollandiyadan sonra Türkiyə bu cəsarəti göstərir. Təbii ki, üç il əvvəlki yazıda adı çəkilən dükanda olduğu kimi bizim dükanda da vibrator, süni vağına və sair "hardcore” məhsullar yoxdur. Yalnız masaj yağları, gecikdirici sprey, sürüşkənləşdirici krem, cinsi həssaslığı artırıb, dayanıqlığı təmin etmək üçün herbal qəhvə və qadın orqazm kremləri kimi məhsullar var”.
Məqalə müəllifi həmçinin ictimaiyyətin bu məsələyə münasibətinin necə olacağından da yazır:
"İlk rəyləri gözləyirəm. Görəsən Dəyanət İdarəsi (Türkiyənin dini işlər idarəsi – red.) bu işə nə deyəcək? Çünki bu mövzuda əhali arasında fikirlərin müxtəlif olduğunu Hollandiyadan da bilirik”.
Tayfun Atay sonda ictimaiyyətə müraciət edir:
"Müsəlmanın realiti-şousu olar, seks-şopu olmazmı? O da oldu indi…”скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!