Ailə faciəsi: ərinə xəyanət etdi, uşağını öldürdü

Ailə faciəsi: ərinə xəyanət etdi, uşağını öldürdü
Xəbərlər
10.09.2017 24
Türkiyənin paytaxtı
Ankarada ailə faciəsi yaşanıb. 26 yaşlı F.E. ərinə xəyanət edib,
nikahdankənar əlaqədən doğduğu uşağını öldürüb.

Milli.Az DHA-ya
istinadən bildirir ki, 34 yaşlı Ç.E. işdən evə qayıdanda arvadı F.E.-ni
al qan içində görüb. Hadisə Keçiören rayonunda yaşanıb.
4 yaşlı qızı
olan F.E. qonşuluqdakı kişi ilə nikahdankənar əlaqədə idi və ərinə
xəyanət edirdi. Bu əlaqədən hamilə qalan F.E. hamiləliyini ərindən və
qohumlarından gizləməyə müvəffəq olub.
Srağagün sancılanan F.E.
evdə doğmalı olub. Hamam otağına keçən F.E. burada doğub, sağlam dünyaya
gəlmiş uşağın göbəyini özü kəsib.
Bundan sonra uşağı gizləməyə çalışan ana körpəni həyətdəki paltar səbətinə tullayaraq üstünə əski-üskü atıb.
Uşaq orada boğularaq ölüb.
Əri evə gələndə onu qan içində görəndə isə F.E. deyib: "Bu, qadınlarda
olur, fikir vermə". Lakin qanaxma dayanmadığından Ç.E. təşvişə düşüb və
arvadını xəstəxanaya aparıb.
Xəstəxanada müayinə zamanı F.E.-nin doğduğu bəlli olub.
Qadın polisə aparılıb və o, ifadəsində deyib: "Ərim məni daim döyürdü.
Hamilə qaldığımı gec öyrəndim. Qarnımın şişdiyini sanırdım. Sonra da
hamilə olduğumu ərimə deməyə imkan tapmadım. Evi təmizləyəndə
sancılandım, uşağı saldım. Bunu qəsdən etmədim. Doğandan sonra qarnımı
şalla sarıdım. Bu zaman ərim evə gəldi".
Əri isə bildirib:
"Etiraf edirəm ki, arvadımla davalarımız olurdu. Amma onu heç zaman
döyməmişəm. 4 yaşlı qızıma görə onu boşamaq, ailəmizi dağıtmaq
istəmirdim. Sən demə, qonşudakı kişi ilə yatır, mənə xəyanət edirmiş.
Arvadımın mobil telefonuna baxın: orada məşuqundan gəlmiş nə qədər
açıq-saçıq SMS-lər tapmışam".
F.E. doğduğu uşağın ərindən
olduğunu desə də, məhkəmə ekspertizası doğulan və öldürülən uşağın
atasının başqa şəxs olduğunu DNT testi vasitəsilə dəqiqləşdirib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!