Seksual aparıcı seks həyatından danışdı

Seksual aparıcı seks həyatından danışdı
Xəbərlər
10.09.2017 83
Ehtiraslı sualları ilə qonaqlarına xəcalət təri tökdürən aparıcı Zemfira Adıgözəlovanı bu dəfə biz sual atəşinə tutduq.

-Özünüzü ehtiraslı hiss edirsinizmi?
Xanımın ehtiraslı olub-olmadığını ancaq partnyoru deyə bilər. Qadın
yalnız hiss etməlidir. Partnyordan da çox şey asılıdır. Yəni tək əldən
səs çıxmaz.
-Partnyorunuzda ehtiras hissini necə oyadarsınız?
Xanım gərək əks cinsdə ehtiras hissini oyatmaq üçün hər şeyi etsin
ki, kişinin bir şübhəsi qalmasın. Bəlkə o biri xanım bundan daha
yaxşıdır.
Bədəninin ətrindən tutmuş, saçının ətrinə, maniküründən- pedikürünə,
alt paltarından- geyindiyi geyimin rənginə kimi düşünməlidir.
-Romantik ab-havanı necə yaradarsınız?
Qırmızı işıqlar, ətirli şamlar, fonda ruhu oxşayan musiqi və şampan…
-Zema xanım, romantik qadındır yoxsa dəli sevgiyə üstünlük verir?
Hər ikisi də. Ancaq romantika olsa darıxdırıcı olar. Biraz rəng
qatmaq, fərqlilik yaratmaq üçün dəlisov da olmaq lazımdır. Sevgidə yeri
gələndə gülmək, qışqırmaq, göz yaşı tökmək, dəlilik də olmalıdır.
Sevgidə Havanın əhval-ruhiyyəsindən də çox şey asılıdır. Hava tutqun
olanda romantik oluram.
-Dəli sevgi deyəndə nəyi nəzərdə tutsunuz?
Sevgilini vurdun qoltuğuna heç kimə heç bir şey demədən, işin-gücün
tökülən vaxtı şəhərdən kənara getmək. Hamı da səni axtarıb dursun
(red.-gülür).
-Məclisə gedərkən, qarşı cinsin diqqətini çəkmək üçün ilk növbədə nə edirsiniz?
Mən məclisə gedərkən yalnız qarşı cinsin deyil, hər kəsin diqqətini
çəkməyə çalışıram. Tez-tez məclislərə gecikirəm. Ümumiyyətlə gecikmək
qanıma işləyib. Gecikən zaman istədin-istəmədin hər kəsin diqqəti səndə
olur. Mənim də istədiyim odur ki, məni görəndə hər kəs woow desin, yemək
yeyən varsa, çəngəl əlində donub qalsın, müğənni mahnının sözlərini
unutsun.O zaman böyük keyf alıram (red.-gülür).
-Yəqin ki, bunun üçün çox vaxt sərf edirsiniz?
Makiyajımdan tutmuş geyimimə, dırnağımın rənginə, taxdığım
bijuteriyalara qədər fikir verirəm. Həm mən heç bir şey etməsəm də
saçlarım diqqəti çəkməyə kifayət edir. Buna görə də Allaha şükürlər
olsun.
-Vücudunuzun hansı hissəsini cəlbedici hesab edirsiniz?
Bir çox hissələrimi (red.-gülür). Az öncə də qeyd etdiyim kimi əsas
saçlarım çox cəlbedicidir. Uzaq məsafədən belə diqqətləri çəkir. Daha
sonra dodaqlarım, yeriyişim, sinəm əgər geyimim də vəhdət təşkil edirsə,
o zaman hiss edirəm ki, mən bu gün cəlbediciyəm. Küçədə 10 nəfər varsa,
9-u dönüb baxır. Bu da mənim çox xoşuma gəlir.
-Sizi tanıyanlar deyir ki, Zema olduqca utancaqdır. Bu həqiqətənmi belədir?
Utancağam. Həm də çox. Bunu ancaq yaxınlarım bilir. Məncə iki Zema
var. Biri maskalı -heç kimdən və heç nədən çəkinməyən, digəri isə daha
abırlı, həyalı, utancaq. Mühitdən asılı olaraq biri digərini üstələyir.
-Cazibədar görünmək üçün açıq-saçıq geyinmək mütləqdirmi?
Cəlbedicilik heç də açıq-saçıq geyinməklə ölçülmür. Qadının bədən
quruluşu normaldırsa, o qara, qapalı geyimdə də cazibəli görünə bilər.
Sadəcə olaraq qadın öz bədənini tanımalı və eyiblərini ört-badır
etməlidir.
-Kişinin ehtiraslı olduğunu necə anlamaq olar?
Kişinin ehtirasını ancaq ilk baxışda anlamaqolmaz. Kim deyirsə, mən anlayıram. Bu, yalan söhbətdir.
Mən-mən deyən kişiləri bəyənmirəm. Kişiyə bu yaraşmaz.Bəzən susqun,
özünü kənara çəkən, baxışlarla hisslərini ifadə edən kişilər məncə daha
ehtiraslı olurlar.
-Deməli siz də bir çox xanımlar kimi düşünürsünüz ki, baxışları ilə kişinin nə dərəcədə ehtiraslı olduğunu anlamaq olar?
Baxışlar çox vədlər verə bilər. Yalnız sexsi nəzərdə tutmuram.
Xanımlara demək istərdim ki, çox vaxt xarici görünüşə aldanmasınlar.
Sonda bütün xəyallar puç ola bilər.
-Sizcə cinsi əlaqə zamanı sevgi vacibdir?
Əlbəttə vacibdir. Sevgi olmazsa, ehtirasın pik nöqtəsinə çata bilməzsən.
-Bir gecəlik cinsi əlaqələrə münasibətiniz necədir?
Onlar sırf maddiyata dayanan bir şeylərdir. Orada sevgidən söhbət belə gedə bilməz.
-Sizcə Azərbaycanda ən sexsi kişi kimdir?
Yalnız məşhurlardan deyə bilərəm ki, bu "Təhminə” filmindəki Spartak rolunu ifa edən aktyorumuz Füzuli Hüseynovdur.
-Sonuncu sualımız tamaşaçılar sizin üçün darıxıblar. Niyə görünmürsünüz?
Yaxın zamanlarda bomba kimi partlayan layihə ilə ekranlara qayıdıram.
Düşünürəm ki, tamaşaçılar hələ buna hazır deyil. Onları bu tip
layihələrə uyğunlaşdırmaq lazımdır. Qabaqcadan heç nə demək istəmirəm.
Gözdən nəzərdən qorxuram. Çox gözə gəlirəm (red.-gülür). //Gecce.azскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!