“14 yaşımda nişanlım məni zorladı...” – HƏYAT HEKAYƏTİ

“14 yaşımda nişanlım məni zorladı...” – HƏYAT HEKAYƏTİ
Xəbərlər
10.09.2017 162
Qadınlar.Biz istinadən Bakıdakı qadın sığınacaqlarından birində iki övladı ilə
birlikdə yaşayan qadının gerçək həyat hekayətini təqdim edir. O, adının
açıqlanmasını istəmədi. Sadəcə başına gələn dəhşətləri qısaca nəql
elədi.
Beləliklə, bir qadının həyat yolu: Ağsu, İsmayıllı, Bakı, ...
 
Zaman 2013
Məkan Bakı, qadın sığınacağı
 
Üç dəfə udqundu və ...
 
- Ağsuda doğulmuşam. Yaşıdlarım məktəbə gedəndə anam məni 14 yaşımda
İsmayıllıdan 26 yaşlı oğlana nişanladı. Baxmayaraq ki, evdə məndən böyük
bacım vardı. Mən etiraz edəndə anam "kimin qisməti nədirsə, elə olacaq”
deyib ağzımın üstündən çırpdı. Oğlan evi heç mənə üzük də gətirməmişdi.
Bir "kasinka” gətirib çiynimə atmışdılar, vəssalam. Mən onu sevmirdim.
Kimsəni sevmirdim... Heç sevgi nədir bilirdim ki?! Mənim marağım
oxumağıydı. Bir də həyətimizdə oturub "semiçka” çırtlamağı sevərdim.
Nişanlım deyilən adamla görüşə zada da getməzdim. Həmişə o, bizə
gəlirdi. Anam mənə deyirdi ki, sən məni biabır edirsən. Deyirdim axı mən
məktəb oxumaq istəyirəm, institut oxumaq istəyirəm. Qapımızın ağzındakı
skamyada oturub "semiçka” çırtlayanda özümü həkim kimi təsəvvür
edirdim, müəllimə kimi... Amma heç vaxt bu yaşda ana olacağım ağlımın
ucundan belə keçməzdi. Oğlan da bilirdi ki, mən onu sevmirəm, məni ona
məcburi veriblər. Buna görə də nişandan yeddi ay sonra o, mənə zorla
sahib oldu...
 
Zaman 1998
Məkan Ağsu rayonu
 
- Həmin gün bərk yağış yağırdı. Gecə saat 12 idi, amma o, hələ də
bizdəydi. Anama dedim ki, bu, nə vaxt gedəcək? Mənim yuxum gəlir, yatmaq
istəyirəm. Anam mənə təpindi ki, sus, nişanlındı. Bir tərəfdən də o,
göz-qaş edirdi ki, işim var, gedək bayırda söhbət edək. Mən çiyin
atırdım ki, getmirəm. Onda anama dedi ki, bibi, olar biz həyətdə söhbət
edək? Anam da "ay bala, öz nişanlısısan da. Yad adam deyilsən ki?!
Çıxın, əlbəttə” dedi. Artıq gecə yarıydı. O görəndə ki, anamgil işığı
söndürüb yatdılar ağzımı əliylə tutub evimizin ikinci mərtəbəsinə
qaldırdı. Evimiz çox böyüküydü. Yuxarının səsi aşağı gəlməzdi. Orda məni
zorladı. Sabahı gün xəcalətimdən heç kimə deyə bilmədim. Yatağımda
uzanıb səhərə qədər ağladım. Heç kim mənə fikir vermirdi ki, yəqin, öz
sevdiyi var, nişanlısına ərə getmək istəmir deyə ağlayır. Hətta anam da
belə düşünürdü. Ona görə məktəbə də getməyə qoymurdu ki, birdən gedib
oğlanla görüşərəm. Üstündən bir müddət keçəndən sonra ürək bulantım
başladı. Anam məhəl vermədi. Hamiləlik ağlıma da gəlmirdi. Gördüm anam
fikir vermir, xalama dedim. Xalam məni uşaq həkiminə apardı. Uşaq həkimi
dərdimə çarə tapmadı. Sonra xalam məni ayrı həkimə apardı. Onlar baxan
kimi dedilər ki, bu qızda hamiləlik əlamətləri var. Test edən kimi
hamilə çıxdım. Oğlan hamilə olduğumu biləndə dedi, nolar, öz
nişanlımsan.
 
Zaman 1998
Məkan İsmayıllı rayonu
 
- Hamiləliyin ürək bulantısı olmasaydı, heç deməzdim hamiləyəm.
Uşağıydım. Qaçmaq, tullanmaq həvəsindəydim. Əynimdə "şortik-kofta”
küçədə oturub yenə "semiçka” çırtlayırdım. Birdən qarşımda maşın
dayandı, nişanlım qapını açıb məni çağırdı. Qalxıb ona yaxınlaşanda bir
də gördüm ki, kimsə məni tutub maşına atdı. Öz nişanlım məni qaçırtdı.
Məni İsmayıllıdakı evlərinə gətirdi. Orda qayınlarım məcbur elədilər
polisə ərizə yazım ki, könüllü gəlmişəm. Mən də yazdım. Orda qalmaq
istəmirdim. Özümü öldürmək üçün pəncərədən atmaq istədim, mane oldular.
Düzdü, hamilə olduğum üçün rüsvay olmayım deyə evdən çıxmaq istəyirdim.
Amma ona ərə getmək kemirdi könlümdən. Sadəcə ölməyi düşünürdüm. Buna
görə oğlanın ailəsi  övladım dünyaya gələnə qədər məni qapalı evdə
saxladılar. Böyük oğlum dünyaya gəldi.
... Ərimdən narazı deyildim. Normal yaşayırdıq. İkinci oğlum qucağımda üç aylıq olanda Bakıya köçdük.
 
Zaman 2000
Məkan Bakı
 
- Burda da yaxşı yaşayırdıq. Ta ki, atam həyatımıza girənə qədər.
Bizə gəlib ərimlə tərbiyəsiz zarafatlar edirdi: "Bir qız var. Özü sənin,
anası mənim”. Buna baxmayaraq, ərim ona fikir vermirdi. Axırda ərimi
aparıb yanında işlətdi, pulunu vermədi. Bundan sonra ərim acıq edib evə
gəlmədi. İki uşaqla qaldım tək başına. Nə yeməyimiz olurdu, nə kirayə
yaşadığımız evin aylığını verməyə pulumuz. Mən həmişə deyirəm - mənim
evimi atam yıxdı. Çox şərəfsiz, namussuz adamdı. Ərim bizi qoyub gedəndə
heç kim yox ha, atam adıma pis söz çıxardı. Allah başıma daş salar,
anam namussuz deyil, amma öz rahatlığını sevən qadındı. Qapısına getdim
ki, küçədə qalmışam, nolar, evə buraxın məni. Anam evə buraxmadı ki,
get, gör neynirsən. Axı mən tək qadın, iki uşaqla neyləyə bilərəm?!
Ailədə üç bacı, bir qardaşıq. Bir bacım da məndən betər gündədi. Onu da
evimizə yaxın qoymurlar. Bakıda rəfiqəsigildə qalır. Qardaşımın birinci
arvadı yeddi ayın gəliniydi, şərləyib evdən qovdular. İndiki qız
ikincidi. Yaxşı qızdı. Mənim də xətrimi çox sevər. Onunla xəlvət
xəbərləşərik. Qardaşım rayonlarda işləyib ailəsinə baxır. O rayonda
olanda zəng edib qardaşım balalarının səsinə qulaq asıram.
 
 
Zaman 2005-2013
Məkan Bakı
 
- Kirayə pulunu ödəyə bilməyəndə uşaqlarımla parkda yatırdım. Anama
yalvardım ki, eviniz böyükdü. İzin ver, bir küncündə yaşayım, balalarımı
böyüdüm. Anam razılaşmadı. Bir gün bir qadın mənə kömək edəcəyini dedi.
O, mənə üz, qaş almağı öyrətdi. Beləcə, bir müddət uşaqlarıma baxdım.
Sonra gördüm alınmır. Kirayə pulunu çatdıra bilmirəm. Yenə anama ağız
açdım. Hər dəfəsində anam məni qapıdan geri çevirdi.
... Beləcə, illər ötüb. İztirab dolu illər. Uşaqlarım küçələrdə
böyüyürdü. Elə gün olurdu ac yatıb dururduq. Və mən həyatımın ən
dəhşətli illərini yaşadım. Nəinki danışanda, xatırlayanda belə əzab
çəkirəm. Heyf ki, bəzən həyat insanın öz əlində olmur. Kiməsə, nəyəsə
görə həyatın diqtəsi altında hərəkət etmək zorunda qalırsan. İstəmədən,
məcburən, ürəyinə qara qanlar axıdaraq o həyatın qurbanına, köləsinə
çevrilirsən. Ta ki, qarşına "ağ zolaq” çıxana qədər...  
Mənim də qarşıma o "ağ zolaq" çıxdı. Bir təsadüf bizi Bakıdakı qadın
sığınacaq evinin rəhbəri ilə qarşılaşdırdı. Sağ olsun, sığınacağın
qapılarını mənə və balalarımın üzünə açdı. İndi iki oğlumla burda
yaşayırıq.
... Çox dedilər ki, apar balalarını uşaq evinə ver. Dövlət onlara
səndən yaxşı baxacaq. Amma mən vermədim. Heç vaxt balalarımdan keçmərəm.
 Birinin 14 yaşı var, o birinin 13. Dərslərini yaxşı oxuyurlar. Məktəbi
mənim kimi sevirlər. Oxumağa böyük həvəsləri var. Ölərəm, amma qoymaram
onların təhsili mənimki kimi yarımçıq qala. Nəyin bahasına olursa
olsun, onlara təhsil verəcəm. Mənim yarı yolda qırılmış arzularımı onlar
həyata keçirəcək. Mütləq... ”, - deyir və söhbət boyunca gözündə ilişib
qalan yaş sonda yanağından süzülüb düşür.
 
P.S. Bu dəfə qəhrəmanımla sizi başbaşa qoydum. Heç
bir fikir müdaxiləsi etmədən özü danışdı, mənim qələmimlə. Sonda istədim
bu sonluqda fikrimi tamamlayım. Gah fikirlərimi düzməyə ip tapmadım,
gah da ip tapanda söz tapmadım. Sonluğu sizə buraxıram. Necə vicdanınıza
sığırsa, elə də tamamlayın! 






 
“14 yaşımda nişanlım məni zorladı...” – HƏYAT HEKAYƏTİ
 
“14 yaşımda nişanlım məni zorladı...” – HƏYAT HEKAYƏTİ
 
“14 yaşımda nişanlım məni zorladı...” – HƏYAT HEKAYƏTİ
 
“14 yaşımda nişanlım məni zorladı...” – HƏYAT HEKAYƏTİ
 
“14 yaşımda nişanlım məni zorladı...” – HƏYAT HEKAYƏTİ
 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!