"Qızlarıma görə hansısa kişi ilə yaşamalı deyiləm..."

Xəbərlər
10.09.2017 1
Bir müddət öncə əri, fransız aktyor Vensan Kassellə boşandıqlarını
elan edən 48 yaşlı italyan aktrisa Monika Belluçi boşanma xəbərinə
münasibət bildirib. 



"Qafqazinfo”nun Rusiya KİV-nə istənadən verdiyi məlumata görə, 14
illik evliliyi boşanma ilə nəticələnən aktrisa "Vanity Fair” jurnalına
müsahibəsində bildirib ki, onların bu qədər müddətdə birlikdə yaşaması
böyük uğurdur: "Bizim şüarımız həmişə belə olub: "Bu gün biz
birlikdəyik, sabah isə baxarıq”. Birlikdə 14 il yaşamağımızın özü böyük
uğurdur. Və biz birlikdə sakit şəkildə qərar verdik ki, ayrıla bilərik.
Biz bir-birimizi sevməyə və hörmət etməyə davam edirik. 



Tənhalıq da məni qorxutmur. Qızlarımdan ötrü həyatımı başqa bir
kişiylə bağlamaq məcburiyyətində deyiləm. Onların qayğısına özüm qala
bilərəm”.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!