Bakıda iranlı həkim yuxu dərmanı verdiyi qızı dəfələrlə zorlayıb - EKSKLÜZİV

Bakıda iranlı həkim yuxu dərmanı verdiyi qızı dəfələrlə zorlayıb - EKSKLÜZİV
Xəbərlər
10.09.2017 101
Qızın anası baş prokuror Zakir Qaralova müraciət edib





Bakıda
dəhşətli cinayət baş verib. Bu haqda Bakı şəhər sakini Nəsihət Hacıyeva
baş prokuror Zakir Qaralova göndərdiyi şikayət məktubunda bildirib.



Teleqraf.com-un
xəbərinə görə, o, məktubunda qeyd edib ki, 2012-ci ilin sentyabr ayında
el adəti üzrə qızı Aygün Zeynalovanı ərə verib. Bu hadisədən bir neçə
gün sonra qızı yenidən onun yaşadığı evə qayıdıb. Qadının yazdığına
görə, bunun səbəbkarı isə həmin ilin iyun-iyul aylarında valideynin
özünün  iştirakı ilə Qaraçuxur qəsəbəsi, Yavər Əliyev küçəsi ev 22-də
özünə ofis açan və guya həkim-psixoloq kimi fəaliyyət göstərən İran
vətəndaşı Kühsari Əli Seyfulla oğlu olub. Belə ki, anası qızı ilə
adıçəkilən həkimin qəbulunda olduğu zaman o, valideynini otaqdan
çıxararaq qız ilə tək qalıb. Bundan sonra İran vətəndaşı olan həkim qıza
təzyiq edərək onun namusuna toxunub. 



Müraciətdən
belə bəlli olur ki, ana qızını həkim-psixoloqun yanına aparması
səbəbsiz  deyilmiş. Belə ki, ailənin başçısı vəfat edəndən sonra gənc
xanım olan Aygün Zeynalova dərin depressiyaya düşübmüş. Ana isə qızını
bu vəziyyətdən çıxarmaq üçün psixoloqa müraciət etməyi məqbul hesab
edib. 



Müraciətdə qeyd edilir ki, ilk dəfə
Kühsari Əli Seyfullanin yanına getdikdən sonra həkim qeyd edib ki, gənc
xanım daha bir neçə dəfə bura gəlməli və seansı başa vurmalıdır. Eyni
zamanda  həkim gənc xanıma deyib ki, ilk seansda yaşananlar haqqında heç
kimə bir kəlmə belə danışmasın. Bu hadisədən isə ananın xəbəri olmayıb.
Ana hər dəfə qızı ilə birlikdə seansda oturmaq istəyini dedikdə, həkim
buna qəti etiraz edib, seansın təkbətək olduğunu bildirib. 



Nəsihət
Zeynalova müraciətində qeyd edir ki, həkim hər dəfə qızı ilə təklikdə
olanda ona "sənə avtomobil alacağam, mənzil alacağam, sən buna layiq
xanımsan, çalış həyatını yaşa” deyərək yoldan çıxarıb. Bu zaman
həkim-psixoloq seans adına qıza hər dəfə şirə ilə yanaşı dərman verərək
bunu mütləq içməli olduğunu söyləyirmiş. Dərman qəbul etdikdən sonra isə
qız özündə olmurmuş. Həkim isə bundan sonra öz çirkin əməllərini
qızımın üzərində həyata keçirirmiş.



Şikayətçi
qeyd edib ki, bütün bunları Sabunçu rayon prokurorunun böyük köməkçisi
Əli Eyvazov onları ekspertizaya göndərdikdən sonra biliblər. 



Şikayətçi sonda əlavə edib ki, əgər belə bir hadisə İranda baş versəydi, həmin həkimi edam cəzası gözləyərdi.



Nəsihət Zeynalova baş prokurordan məsələni nəzarətə götürməsini və bu əmələ görə həkimin cəzalandırılmasını istəyib. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!