Diyetoloq Leyla: “Kişilərdə piylənmə xərçəngə səbəb ola bilər”

Diyetoloq Leyla: “Kişilərdə piylənmə xərçəngə  səbəb ola bilər”
Xəbərlər
10.09.2017 67
Diyetoloq Leyla Zülfüqarova kişilərin artıq çəki problemlərindən və bundan qurtulmağın yollarını danışır:
Artıq çəki problemi, piylənmə xəstəliyi tək qadınların qorxunc yuxusudurmu? Xeyr!



Əlbəttə ki, əhali arasında bu problemdən əziyyət çəkən kişilərin sayı
60 faizdir. Qaraciyər piylənməsi cəmiyyətdə çox rast gəlinən bir hala
çevrilib. Acınacaqlı hal odur ki, qadınlardan fərqli olaraq, əksər
hallarda kişilər artıq çəki probleminə heç də kritik yanaşmırlar.



"Mənim sadəcə, göbəyim (qarnım) var, bu məgər piylənmədir!?” – deyərək,
özlərini bu həyat tərzi ilə yaşamaqda davam etməkdə haqlı sayırlar.
Bildirmək istərdim ki, kişilərdə rast gəlinən artıq çəki və daha çox
qarın nahiyədə toplanan piylənmə əlbəttə ki, təsadüfi deyil. Bu zaman
daxili orqanların da piylənməsi yaranır ki, bu da bəzən estetik
problemdən daha çox ağır xəstəliklərin meydana gəlməsinə böyük səbəbdir.



Belə hallarda qaraciyərin piy distrofiyası (qaraciyər hüceyrəsində piy
damarlarının toplanması), ürəyin işemik xəstəlikləri, ateroskleroz,
hipertoniya, şəkərli diabet kimi zəmanəmizin aktual xəstəlikləri meydana
gəlir. Əgər piylənməyə iltihab "yoldaşlıq” edirsə, bu vəziyyət ilk
olaraq qaraciyər hüceyrəsinə, sonra fibroz və oradan da serroza qədər
gedir.



Normal, sağlam orqanizmdə qaraciyər hüceyrələrində az miqdarda yağ ola
bilər.  Bu, hər hansı bir xəstəliyə səbəb olmaz. Lakin artıq çəki
yığdığımız zaman qaraciyərin piylənməsi qaraciyər serrozuna, sonra da
qaraciyər xərçənginə qədər yol aça bilər. Buna görə də qaraciyər
piylənməsi olan xəstələr daim nəzarətdə olmalıdır.



Qaraciyər piylənməsinin səbəbləri əsasən spirtli içkiyə bağlı olaraq
iki yerə ayrılır. Bunlardan biri spirtli içkiyə bağlı olan səbəb, digəri
spirtli içkiyə bağlı olmayan səbəblərdir. Bu da qeyri-sağlam qidalanma
adətlərinin olmasından irəli gəlir.



Spirtli içkiyə bağlı olan qaraciyər piylənməsinin əsas müalicə üsulu onun qəbulunun dayandırılmasıdır.



Spirt qəbul etməyən və artıq çəki problemi olan kişilər isə bu
xəstəlikdən yaxa qurtarmaq üçün mütləq həyat tərzlərini dəyişməlidirlər.
İdmanla məşğul olmalı, yeməkdəki yağın miqdarını azaltmalıdırlar.
Heyvan mənşəli yağlar, şokolad, toyuq dərisi kimi qidalardan uzaq
durmaq, meyvə-tərəvəz, ağ ət istifadə etmək olar.



Burada daha önəmli məqam isə həftənin dörd günü ən az 20 dəqiqə idmanla məşğul olmaq lazımdır. Yəni, hərəkət etmək önəmlidir.



Qaraciyərində piylənmə olan artıq çəkili insanlar mütləq bu çəkidən
xilas olmalıdırlar. Ən önəmlisi isə bu sahədə mütəxəssisə müraciət
etməkdir.



Digər səbəblərdən çox zərərli qida vərdişləridir ki, bu da adətən böyük
şəhər sakinlərinə aiddir. Bunu şərti olaraq "Qərb həyat tərzi”
adlandırardım. Nə vaxt ki, həyatın tempi artır, gərgin iş qrafiki olur,
tələsmə və stress həyatın "normasına” çevrilir… İnsanlar səhər yeməyini
və ya naharı buraxırlar, hərəkət zamanı (gedə-gedə) və ya sükan
arxasında, "ayaqüstü qidalar” (fastfood) yeyirlər. Və yalnız sakit tempə
düşdükdə - bu da əfsuslar olsun ki, gecə saatlarına təsadüf edir -
yatmamışdan öncə (yuxudan əvvəl) bol şam yeməyi süfrəsinə əyləşirlər,
doyunca yeyirlər.



Bununla da, gün ərzində səhər və nahar yeməyinin təmin olunmamış ehtiyacları şam yeməyi zamanı yemək tələbatını artırmış olur.



Bəzən çox insanlar, xüsusilə də kişilər iş fəaliyyəti ilə əlaqədar
olaraq stressə və gərginliyə cavab olaraq yeyirlər. Bu xoşagəlməz
vəziyyətlə mübarizənin strategiyaları aktiv və passiv olur.



Bəzən aktiv mübarizədə stressin səbəbi və aradan qaldırılması üçün
addımlar atılır. Passiv mübarizədə isə bütün güclər stressin aradan
qaldırılmasına deyil, "nəticələrin aradan qaldırılmasına” yönəlir. O
mənada ki, piylənmə xəstəliyi olan kişi aktiv həyat yaşamaq istəmir,
mübarizə aparmır. Əksinə, çıxış yolunu, spirtli içki qəbul edib, yağlı,
çox kalorili yeməklər yeməkdə görür. Bununla da, yemək, stresslə passiv
mübarizə üsullarından birinə çevrilir.



Stress vaxtı kortizol ( böyrək üstü vəzin hormonu) səviyyəsi yüksəlir.
Hansı ki, artıq piyin toplanmasına və abdominal piylənmənin inkişafına
imkan yaradır. Bu da öz növbəsində ikinci tip şəkərli diabetin, arterial
hipertoniyanın və başqa xəstəliklərin inkişafı riskini artırır.



Ümumiyyətlə, bu tip maddələr mübadiləsi pozğunluğu xəstəlikləri qadınlara nisbətən kişilərdə bir az gec təzahür edir.



Bununla belə, pis fəsadlarla üzləşməmək üçün kişilərin hansı saatlarda
yemək yemələri əsasdır. Yeməyinizi, maddələr mübadilənizin sürətli
çalışdığı saatlarda yeməlisiniz. Bu səbəblə mütləq bunlara diqqət edin:



- Səhər naharı qətiliklə yeyilməlidir.



- Axşam saatlarında - maddələr mübadiləsinin yavaşladığı vaxtlarda az yemək yeyin.



- Axşam yeməklərini yüngül qidalarla ötürməyə adət edin.



- Axşam 20:00-dan sonra qəbul edilən qidaların bədən tərəfindən çətin parçalandığını unutmayın.



- Spirtli içkiləri yeməkdən 1-2 saat əvvəl və ya sonra içməyi seçim edin.



- Gec saatlarda qəbul edilən spirtin bədən tərəfindən yandırılması vaxt
aldığı üçün bu pis vərdişinizdən ümumiyyətlə imtina edin.



Və unutmayın! Qaraciyər piylənməsi olan kişilər spirtli içkilər içmək,
kababları və qazlı içkiləri tez-tez qəbul etmək vərdişindən əl
çəksinlər. Qida qəbul edərkən içkiləri ümumiyyətlə içməsinlər.



Leyla Zülfüqarova, diyetoloq//Gün.azскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!