“Bacımın üzünə bir sillə vurdum, sonra zorladım” - Nankor Qardaş

“Bacımın üzünə bir sillə vurdum, sonra zorladım” - Nankor Qardaş
Xəbərlər
10.09.2017 15
Doğma bacısını zorlamaqda təqsirləndirilən Xalid Həsənovun (ad şərtidir)
cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Qadınlar.Biz qaynar.info-ya
istinadən cinayət işinin ittiham aktı əsasında hadisənin təfərrüatlarını
təqdim edir.
"Özümdən asılı olmayaraq bacımla cinsi əlaqədə olmaq istədim”
 
1990-cı
ildə Bakı şəhərində anadan olan Xalid məhkəmədə təqsirləndirilən şəxs
qismində ifadə verib. O, ifadəsində özünü qismən təqsirli bildiyini
deyib: "Mənim 8 bacım, 2 qardaşım var. Atam 2003-cü ildə dünyasını
dəyişib, böyük qardaşımla böyük bacım ailə qurub, ayrı yaşayırlar. Biz
isə anamla yaşayırıq. Əsəbi olduğumdan uşaqlıqdan bacılarımla kobud
davranmışam. Əsəbiləşəndə onları nalayiq ifadələrlə söymüşəm. Səkkiz il
kikboksinqlə məşğul olmuşam və I idman dərəcəm var. Hadisə baş verən gün
mən yatmışdım. Təxminən saat 18.00 radələrində bacım Vüsalə məni
yuxudan oyatdı ki, "biz gedirik, dur Sevinc (ad şərtidir) yerləri
yığsın”. Mən də yuxudan durdum. Bir stəkan su içdim, bir az sonra
bacılarım evdən bayıra çıxdılar. Mən və Sevinc evdə tək qaldıq. Bundan
sonra özümdən asılı olmayaraq ehtirasa gəlib bacımla cinsi əlaqədə olmaq
istədim. Bacıma yaxınlaşıb əynindəki köynəyini çıxartmağa başladım.
Sevinc mənə istəmədiyini dedi. Lakin mən əl çəkmədim və arxadan
olacağımızı bildirdim. Əsəbiləşərək bacımın üzünə bir sillə vurdum,
sonra zorladım” .
 
"Məni çarpayıya ağzı üstə uzadıb, əlilə ağzımı tutdu”
 
Məhkəmədə
zərərçəkmiş şəxs qismində dindirilmiş Sevinc ifadəsində göstərib ki,
qardaşı evdə heç kəsin olmadığından istifadə edib onun paltarlarını
soyundurub və onu qeyri-təbii üsulla cinsi əlaqəyə məcbur edib: "Mən ona
əlimlə müqavimət göstərəndə məni sillə ilə vurdu. Məni çarpayıya ağzı
üstə uzadıb, əlilə ağzımı tutdu. Sonra məni arxadan zorlamağa başladı.
Bu zaman ağrıdan burnumdan qan gəldi. O, burnumdan qan gəldiyini görüb
cinsiyyət orqanını çıxartdı. Sonra məndən paltarlarımı geyinməyimi
istədi və bu haqda kiməsə desəm məni öldürəcəyi ilə hədələdi. Ona görə
də qorxaraq baş verənlərlə bağlı heç kimə bir söz demədim. Bundan bir
müddət sonra evdə yenə də onunla tək qaldım. Bu dəfə də eyni qayda ilə
məni zorladı. Lakin bu dəfə burnumdan qan gəlmədi. Bir müddət sonra Quba
rayonuna getdim. Orada bizim evimiz var. Həmin vaxt baş verənləri böyük
bacıma danışdım. O da digər bacılarıma dedi. Belə qərara gəldik ki, bu
haqda polisə məlumat versək, Xalid boynuna almayacaq. Ona görə də bacım
Vüsalə təklif etdi bir kamera alım. Bu hadisə bir daha təkrarlanandan
sonra əlimizdə sübut olacaq. Bu məqsədlə bacım Vüsalə videokameralı
"SONY” markalı fotoaparat aldı. Həmin gün mən və digər bacılarım Vüsalə,
Gülnarə, Xəyalə, Aytac və qardaşım Xalid evdə idik. Axşam tərəfi
Vüsalə, Xəyalə və Aytacı marketə göndərdi. Xalid isə həmin vaxtı
yatmışdı. Biz gizlicə kameranı qonaq otağında olan servantın üstünə
quraşdırdıq. Bundan sonra Vüsalə Xalidi səsləyərək yuxudan oyatdı.
Vüsalə, Gülnarə ilə birlikdə evdən çıxanda Xalid artıq oyanıb ayağa
qalxdı. Vüsalə Xalidə Xəyalə və Aytacın marketə getdiyini, özünün isə
Gülnarə ilə rəfiqəsigilə getdiyini deyib evdən çıxdılar. Xalid onlar
gedəndən sonra qapını bağladı və mənə yaxınlaşıb, öpərək qucaqlamağa
başladı. Mən də onun hərəkətləri kameraya düşsün deyə qonaq otağına
keçdim. Məndən əl çəkməyi desəm də əl çəkmədi. Bu dəfə də mənimlə cinsi
əlaqədə oldu. Sonra isə həyətə getdi. Mən tez kameranı söndürüb, bacıma
zəng elədim və baş verənləri danışdım. Bundan sonra bacım Vüsalə ilə
birlikdə polis bölməsinə gedib şikayət ərizəsi verdik”. 
 
Şahid ifadələri
 
Məhkəmədə
şahid qismində dindirilmiş Vüsalə, Gülnarə və Xəyalə oxşar ifadələr
verərək, baş verənləri eşidəndə şoka düşdüklərini deyiblər. Onlar bu cür
hərəkətinə görə qardaşlarının cəzalandırılmasını məhkəmədən xahiş
ediblər.
 
Məhkəmənin hökmü
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  Xalid 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!