“Çox gözəl bir sevgi etirafıdır” - LEYLA ƏLİYEVA

“Çox gözəl bir sevgi etirafıdır” - LEYLA ƏLİYEVA
Xəbərlər
10.09.2017 16
"Baku" jurnalının baş redaktoru Leyla Əliyeva bu nəşrin yeni nömrəsindəki ənənəvi redaktor məqaləsində yazır:

"Hər
bir şəhərin öz yaddaşı var. Bu yaddaş həmin şəhərin küçələrində, köhnə
və təzə binalarında, onu sevən insanların düşüncəsində və qəlbində
yaşayır".

Bu barədə Trend AzərTAc-a istinadən məlumat verir.

Müəllif
daha sonra yazır: "Şəhər hər şeyi öz yaddaşında saxlayır: ilk
məhəbbətimizin tarixçəsi, ilk görüşlərin həyəcanı, dəniz qoxusu verən
Bakı bulvarında uşaqlarımızın ayaq səsləri, İçərişəhəri yaratmış ecazkar
sənətkarların duyğuları... hamısını sadalamaq mümkündürmü?!

Bu
yaddaş dəniz kimidir, oraya şəxsi xatirələrin çayları və bulaqları axıb
tökülür. Bu yaddaş artıq dünyasını dəyişmiş bakılıları da, hazırda
şəhərimizdə yaşayanları da, hələ bu şəhərdə doğulacaq bəxtəvərləri də
birləşdirir.

Bu yaddaş bir kitaba bənzəyir, onun səhifələrini
Bakı sakinlərinin hər biri yazır. Yəqin ki, Bakı haqqında hər şeyi
söyləmək cəhdi sonsuzluğu əhatə etmək arzusu kimidir. Lakin bəzi
detalları açıqlamaq necə də maraqlıdır!

Bakının yaddaşında belə
bir xatirə var ki, bu şəhər əsl Şərq gözəli kimi həmişə diqqət, məhəbbət
və pərəstiş obyekti olmuşdur, indi də belədir. Bir vaxtlar "Təbəssüm
üçün bir milyon" adı almış və hakimiyyət sahiblərinin qəzəbinə səbəb
olmuş küçə bəlkə də ən parlaq şəkildə sübut edir ki, hətta sovet
dövründə də bu şəhər öz gözəlliyi barədə düşünürdü.
Bu küçəni
yaratmış Əliş Ləmbəranski şəxsən mənim nəzərimdə Bakının əfsanəvi meri,
müəmmalı bir insan kimi həmişə əsrarəngiz olacaqdır. İri neftayırma
zavodunun direktorunda bu qədər incə zövq, memarlıq duyumu və tükənməz
enerji haradan idi?! Bu enerji ilk baxışda həll edilə bilməyəcək
məsələlərin həllində ona kömək edirdi. Belə suallara yalnız bir cavab
tapa bilirəm: insan sevəndə hər şey mümkündür, o cümlədən namümkün
olmayan da. Axı məhəbbət elə şeyləri anlamağa, duymağa kömək edir ki,
bunları yüz il də oxuyub öyrənmək mümkün deyildir. Əliş Cəmil oğlunun
Bakıya vurğun olması isə hamıya məlumdur. Bu insan o qədər güclü
hisslərə malik idi ki, həmin hisslər hətta hər hansı emosiyalarını
göstərməyə adət etməyən məmurlara da sirayət edirdi...

Bütün
dünyada tanınmış art-ekspert və kolleksiyaçı, bu yaxınlarda "Memories of
Baku" ("Bakı haqqında xatirələr") adlı çox maraqlı bir kitabı çapdan
çıxmış Nikolas İlyin bir dəfə Bakıda olmuş, sonra dəfələrlə oraya
qayıtmışdır. Onun başına gələn əhvalat əslində Bakının qonağı olan hər
bir insanın başına gəlməlidir: o, aşiq olmuşdu. Onun kitabı da mənim
fikrimcə, çox gözəl bir sevgi etirafıdır".

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!