Arvadının telefonunda başqa kişidən olan mesajları tutan kişi onun başını kəsib

Arvadının telefonunda başqa kişidən olan mesajları tutan kişi onun başını kəsib
Xəbərlər
10.09.2017 34
Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı övladının gözü qarşısında
həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Elman
Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qadinlar.Biz ittiham
aktı əsasında həmin cinayət işinin təfərrüatlarını təqdim edir.
 
"Ya get işinlə məşğul ol, ya da kişisənsə, pencəyini götür bu evdən çıx”
 
Elman Hüseynov istintaq zamanı
verdiyi ifadəsində özünü təqsirli bilib. O, ifadəsində 1992-ci ildə
qohumu Hüseynova Tamilla Adil qızı ilə ailə qurduğunu deyib: "Biz ailə
qurduqdan sonra Sumqayıt şəhərində qayınanama məxsus birotaqlı evdə
yaşamağa başladıq. 1993-cü ildə İradə, 1994-cü ildə Səbinə, 2005-ci ildə
Əli adlı övladlarımız dünyaya gəldi. Mən Bakı-Sumqayıt marşrutu üzrə
sürücü işləyirdim. Hər iki qızımız ailə qurub ayrı yaşayırdılar. Son 7-8
ayda ailədə söz-söhbətlər, narazılıqlar yaranmışdı. Bir gün kürəkənim
Rauf qızım İradənin əxlaqsız olduğunu bildirib "bu ev elə başdan ayağa
fahişəxanadır” dedikdə aramızda mübahisə yarandı. Rauf mənə arvadım
Tamillanın başqa kişi ilə Şəki şəhərində otellərin birində kef çəkməklə
mənə  xəyanət etdiyini dedi. Daha sonra Raufun atası Rəşid mənə
arvadımın "Mersedess-Benz” markalı maşına minərkən gördüyün söylədi. Mən
arvadımdan həmin maşına minib-minmədiyini soruşduqda Tamilla acıqlı
tərzdə "sənə dəxli yoxdur” dedi. Tamillanı sevdiyimdən mənə xəyanət
edəcəyinə inanmırdım. Raufla olan söhbətdən sonra o, qızımız İradəni
boşadı. Qızım ayrılıb yaşamaq üçün başqa ünvana köçsə də, harada
yaşadığını məndən gizlədirdi. Hadisədən təxminən 2 ay əvvəl mətbəxdə
paltaryuyan maşın görüb həmin paltaryuyanın kim tərəfindən alındığını
soruşdum. Arvadım hədiyyə edildiyini deyib mənə aidiyyəti olmadığını
bildirdi. Son vaxtlar Tamilla evə gəlmirdi. Ondan harada qaldığını
soruşduqda "ya get işinlə məşğul ol, ya da kişisənsə, pencəyini götür bu
evdən çıx” cavabını  verdi. Arvadım Bakı şəhərində müxtəlif ünvanlarda
təmizlik işləri görürdü. Evə gəlməyən günlərdə də işinin çoxluğu ilə
əlaqədar həmin ünvanlarda gecələdiyini güman edirdim. Martın 15-də axşam
işdən qayıdarkən Tamillanın yenə evdə olmadığını görüb qızım Səbinə və
qayınanamdan onun harada olduğunu soruşdum. Onlar yerini bilmədiklərini
dedilər. Martın 21-də Tamilla evə gəldikdə ondan bu günlər ərzində
harada olduğunu soruşdum. O, acıqlı cavab verərək istədiyi insanla
olduğunu, ondan söz soruşmağa ixtiyarım olmadığını dedi. 2013-cü ilin
aprel ayının əvvəllərində aramızda növbəti söz-söhbət yarandı. Sevdiyi
şəxsin kim olduğunu soruşduqda Tamilla onun cavan, savadlı, vəzifəli və
pullu olduğunu, bir-iki gündən sonra mənimlə boşanacağını deyib
"istədiyim vaxt sevgilimlə görüşə gedirəm, günlərlə onunla qalıram, bunu
sənə dəfələrlə demişəm. Əgər peysərsənsə, mənimlə bir evdə qalıb yaşa,
kişisənsə, pencəyini götür evdən get” söylədi. Aprelin 15-də işdən
qayıdarkən Tamillaya onu sevdiyim üçün hərəkətlərini ona və uşaqlarımıza
bağışladığımı, olub-keçənləri unudub mehriban yaşamağı, etdiyim
səhvləri təkrar etməyəcəyimi, ailəmizi maddi cəhətdən tam təmin etməyə
çalışacağımı təklif etdikdə arvadım yenə kobud cavab verib artıq
münasibətlərin bitdiyini, boşanmağa hazırlaşdığını dedi. Aprelin 16-da
saat 22:30 radələrində işdən qayıtdım. Tamilla evdə yox idi.
Qayınanamdan onun harada olduğunu soruşduqda o, xəbəri olmadığını dedi.
Şam edib otaqda yerdən sərilmiş döşək üzərində yatan azyaşlı oğlumuz
Əlinin yanında uzandım. Həmin vaxt otaqdakı divanda qayınanam
Aleksandra-Şura yatmışdı. Təxminən bir saatdan sonra Tamilla gəlib
paltarlarını dəyişərək oğlumuz Əlinin yanında uzandıqda arvadımdan gecə
vaxtı haradan gəldiyini, bu saymazyana hərəkətlərini nə vaxtadək davam
etdirəcəyini soruşdum. Tamilla mobil telefonuna gələn və özünün
göndərdiyi sevgi mesajlarını, başqa kişi ilə gəzinti və istirahətdə
olarkən birgə çəkdirdiyi çoxsaylı müxtəlif şəkilləri göstərib həmin
şəxsi sevdiyindən mənimlə yaşamaq istəmədiyini, boşanmaq üçün məhkəməyə
ərizə də verdiyini deyib oğlum Əlinin yanında uzanaraq yatdı. Mobil
telefonda olan sevgi mesajlarını, şəkil və çəkilişləri gördükdən sonra
arvadımın mənə xəyanət etdiyinə, söylənənlərin isə həqiqət olduğuna bir
daha inandım. Arvadım Tamillanın qorxub-çəkinmədən həyasızcasına
görüşdüyü kişi ilə çəkdirdiyi şəkilləri və sevgi mesajlarını göstərərək
mənə acıq verib hissiyyatıma toxunduğundan onu qəsdən öldürmək qərarına
gəldim. Mətbəxə keçib siqaret çəkərək xeyli fikirləşdikdən sonra
qayınanam Aleksandra-Şuranın oyanıb ayaqyoluna getdiyini gördüm. Bu
zaman mətbəxdən qara dəstəkli bıçağı götürüb otağa qayıtdım. Tamillanın
yanında yatan oğlum Əlini arvadımın yanından bir qədər kənara çəkib
özümə Tamillanın yanında yer elədim. Dizimi yerə qoyaraq onun boğaz
nahiyəsindən yapışıb döşəməyə sıxdım. Əlimdəki bıçaqla onun boğaz
nahiyəsindən zərbə endirdim. Zərbədən Tamilla yuxudan oyanıb qışqırdıqda
oğlum Əli də səsə oyandı. Buna baxmayaraq, sağ əlim ilə onun başını
tutub yerə sıxaraq dəhlizdən otağa düşən işıq altında sol əlimdəki
bıçaqla boğaz nahiyəsini kəsməyə başladım. Bunu görən oğlum
qışqırıb-ağlayaraq "ata vurma, ata vurma” deyib paltarımdan yapışaraq
məni kənara çəkməklə hərəkətimə mane olmaq istədi. Ona acıqlanıb dəhlizə
keçməyi tələb etdim və Tamillanın boğazını oğlumun gözləri qarşısında
kəsərək onu öldürdüm. Oğlum Əlinin qışqırıq səsinə qayınanam
ayaqyolundan çıxaraq otağa daxil olub işığı yandırdı. Qızını al-qan
içərisində gördükdə nə üçün belə etdiyimi soruşub ona tibbi yardım
göstərilməsi üçün kömək çağırılmasını tələb etdi. Tamillanın artıq
öldüyünü deyib, vanna otağına keçdim. Qana bulanmış əlimi və bıçağı
yuyaraq Daxili İşlər Nazirliyinin "102” xidmətinə zəng edib namus
üstündə arvadımı bıçaqla qətlə yetirdiyimi bildirib yaşadığım ünvana
polis əməkdaşlarının göndərilməsini xahiş etdim”.
 
"Pulum yoxdur, get, trasda dur pul qazan, uşaqlarına bax”
 
İstintaq zamanı ifadə vermiş
Hüseynova İradə Elman qızı atasının  yaxşı pul qazansa da, evi
dolandırmadığını deyib: "Gündəlik evə 2 çörək pulu verməklə
kifayətlənirdi. Anam dolanışıq üçün pul tələb etdikdə atam "pulum
yoxdur, get, trasda dur pul qazan, uşaqlarına bax” deyib anamla
dalaşırdı. Atam da, bibilərim də anamın xəyanət etdiyini bilirdilər.
Atam anama "kiminlə görüşürsən görüş, amma boşanıb məni evdən qovma”
deyirdi. Anam atamın onun bütün hərəkətlərini qəbul etdiyini görüb daha
da sərbəstləşdi”.
 
Azyaşlı şahid Hüseynov Əli Elman
oğlu da ifadəsində göstərib ki, atası işləsə də, anasına hər gün 2 manat
verib: "Həmin pulla anam bizi təmin edə bilmədiyindən Bakı şəhərində
imkanlı qadınların evində təmizlik işləri aparıb evi dolandırırdı. Anam
məni oxuduğum məktəbə aparıb xarici markalı avtomaşına mindirərkən,
həmin avtomaşının sürücüsü ilə tanış olmuşdum. Onun adı Elşən idi. Elşən
mənə paltar, yemək alıb gəzinti və istirahətə apardığına görə ona "ata"
deyirdim. Anam tapşırmışdı ki, Elşən barədə atam Elmana bir söz
deməyim. Mən də deməmişdim. Hadisə günü qəflətən qışqırıq səsi eşidib
ayıldım. Bu zaman atam Elmanın əlində bıçaq anamın saçından tutub arxaya
dartdığını, bıçaqla boğazından vurduğunu, boğazını kəsməyə başladğını
görüb qorxdum. Qışqırıb "ata bəsdir, ata vurma” deyib onun paltarından
yapışdım. Lakin atam dəhlizə getməyimi tələb etdi və gözümün qarşısında
 anamın boğazını kəsib öldürdü”.
 
Şahid Hüseynova Tamilla Adil
qızının anası Hüseynova Aleksandra Konstantinovna ifadəsində göstərib
ki, kürəkəni qızı Tamilla ilə uşaqlarının gözü qarşısında pul üstündə
daim söz-söhbət salıb dava-dalaş edib: "Bu, uşaqların tərbiyəsinə mənfi
təsir etdiyindən atalarına hörmət etmirdilər. Nəticədə İradə 15 yaşında,
Səbinə isə 17 yaşında qoşulub qaçaraq ailə qurub, bu yolla gündəlik
dava-dalaşlardan uzaqlaşdılar. 2012-ci ilin təxminən aprel-may aylarında
Tamilla mənə Elşən adlı şəxslə sevişdiyini, bir-birinə qarşı təmiz
hisslərinin olduğunu, Elşəni tanıyandan sonra Elmana hərəkətlərinə görə
nifrət edib onunla yaşaya bilmədiyini, bu səbəbdən boşanacağını dedi.
Qızım Elşənlə tez-tez müxtəlif rayonlara istirahətə gedib günlərlə evə
gəlməsə də, mən bunu Elmandan gizlədirdim. Qızımın Bakıda xadimə
işlədiyi evlərdə və ya rəfiqələri ilə bir yerdə olduğunu deyib onu
aldadırdım.  Hadisə vaxtı ayaqyolunda olarkən Əlinin və qızımın vahiməli
qışqırıq səsini eşidib dərhal ayaqyolundan çıxaraq otağa qaçdım. Bu
zaman Elmanın qızımı bıçaqladığını gördüm, qışqıraraq "Elman nə etdin,
nə üçün 3 uşağı yetim qoydun, nə üçün qızımı öldürdün?” deyib təcili
yardım çağırmasını istədim. Elman Tamillanın öldüyünü deyib mətbəxə
keçdi”.
 
Şahid Məmmədov Elşən Fikrət oğlu
isə ifadəsində 2012-ci ilin iyun-iyul aylarında sosial şəbəkə olan
"odnaklassnik”də Tamilla ilə tanış olduqlarını deyib: "Həmin vaxtlar
Tamilla özünün 28 yaşı olduğunu və ərindən boşandığını söylədi. Biz
mütəmadi olaraq görüşürdük. Tamilla mənə 15 yaşında ərə getdiyini, iki
uşağının olduğunu, bir ünvanda yaşasalar da, əri ilə heç bir münasibəti
olmadığını, ərinin mətbəxdə gecələdiyini, maddi cəhətdən ona və
uşaqlarına heç bir kömək etmədiyini, bu səbəbdən ərindən asılılığı və
çəkinəcəyi olmadığını bildirirdi. Tamillanın xüsusi evlərdə təmizlik
işləri apardığını biləndə buna imkan verməyərək onu maddi cəhətdən təmin
etdim. Evdə işlərini yüngülləşdirmək üçün ona paltaryuyan maşın da
aldım. Tamilla mənə ərindən boşanacağını deyirdi. Mən isə ona ərindən
boşanmamağı, boşanarsa belə, onunla ailə qurmayacağımı bildirirdim”.
 
Məhkəmənin hökmü
 
Həmin cinayət işi üzrə ibtidai
istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib. Məhkəmə cinayət işini hərtərəfli araşdırdıqdan sonra hökmü
elan edib. Hökmə əsasən, Elman Hüseynov 13 il müddətinə azadlıqdan
məhrum edilib. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!