“Kainat gözəli” 1 milyonluq çimərlik geyimində - fotolar

“Kainat gözəli” 1 milyonluq çimərlik geyimində - fotolar
Xəbərlər
10.09.2017 47
 Müğənni-bəstəkar Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Kainat gözəli 2013” müsabiqəsinin qalibi venesuelalı Qabriela İsler media qarşısına çıxıb.
Qadınlr.biz-in məlumatına görə, Qabriela geyimi ilə hər kəsi təəccübləndirib.
Belə ki, o, jurnalistlərlə görüşə üzəri qaşlarla bəzədilmiş, dəyəri 1 milyon dollar olan çimərlik geyimində gəlib. Qabriela yarışmanın birincisinə hədiyyə edilən bu libası geyinməkdən qürur duyduğunu deyib:
"Bunun içində insan özünü çox rahat hiss edir. Çox xoşbəxtəm ki, belə dəyərli libas mənə qismət oldu”.
Üzəri qızıllarla işlənən çimərlik geyimində 900 dəyərli daş – rubin, zümrüd və brilyantlar yer alıb.
Xatırladaq ki, "Kainat gözəli” müsabiqəsi bir neçə gün öncə Moskvada baş tutub. Ölkəmizi yarışmada "Miss Azerbaijan 2012” gözəli Aysel Manafova təmsil etsə də, finala adlaya bilməyib.


 
 
 
 
 

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!