DƏHŞƏT: Bu ailədə gəlin qayınatanı və qayınları çimizdirməlidir!

DƏHŞƏT: Bu ailədə gəlin qayınatanı və  qayınları çimizdirməlidir!
Xəbərlər
10.09.2017 45
Kürdəmirdə şok hadisə
yaşanıb. Rayon mərkəzində yaşayan bir kişi öz həyat yoldaşını
cəzalandırmaq üçün onu günlərlə it damına qapayaraq orada yaşamağa
məcbur edib.
Bu məlumatı virtualaz.org saytına "Təmas” Regional İctimai Birliyinin sədri Südabə Məmmədova verib.
Hüquq
müdafiəçisi deyib ki, cəzalandırılan qadın tərəfindən rəhbərlik etdiyi
quruma şikayət daxil olub: "Qadını sığınacaq evinə yerləşdirmişik.
Zərərçəkmişin sözlərinə görə, qapılarındakı itə vaxtında yemək verə
bilməyib. Bundan qəzəblənən həyat yoldaşı isə onu döyərək itlə birgə it
damında yatmağa məcbur edib”.
S.Məmmədova deyib ki, qadın
müxtəlif təzyiqlərlə üzləşdiyindən psixoloji sarsıntı və qorxu keçirib:
"Qadının sözlərinə görə, qaynının ailəsi ilə eyni evdə yaşayırlar. Qaynı
da ona və öz həyat yoldaşına təzyiqlər edib. Ailədə müəyyən qaydalar
qoyulub. Gəlin qayınatanı, qayınları çimizdirməlidir. Həyat
yoldaşlarının qoyduğu qaydaları pozan gəlinlərə sözün həqiqi mənasında
zülm veriblər. Buna görə də qadının durumu hələ də yaxşı deyil. Hazırda
o, sığınacaqda yaşayır. Ona yardım etməyin yollarını arayırıq”.
Təşkilat
rəhbəri qeyd edib ki, qadının həyat yoldaşı Kürdəmirdəki orta
məktəblərin birində müəllim işləyir: "Qadın psixoloji və fiziki
təzyiqlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmək istəmir.
Hətta bizdən də hadisəni gizlətməyi xahiş edir. Getməyə yeri
olmadığından ailəsinə geri dönməyə, yenə də bu şəraitdə yaşamağa
razıdır. Çünki sığınacaq evindən çıxandan sonra iki azyaşlı övladı ilə
küçədə qalmaq məcburiyyətindədir. Qadın evdən qovularkən azyaşlı
uşaqlarını ona verməyiblər. Lakin sonradan həyat yoldaşı və qaynı evdə
olmayanda uşaqlarını götürə bilib. Amma ata uşaqların sənədlərini
vermir. Buna görə də rayon hüquq-mühafizə orqanlarından kömək
istəyəcəyik”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!