Azərbaycanlı cindar gəncin bədəninə girən cini qovur [video]

Azərbaycanlı cindar gəncin bədəninə girən cini qovur [video]
Xəbərlər
10.09.2017 16
 

Vüsal Mərdinli xəstənin daxilindəki şeytanı Allahdan qorxmağa çağırır.
YouTube sosial şəbəkəsində Azərbaycanda çəkilmiş və ekzorsistin fəaliyyətinin əks olunduğu video yerləşdirilib.

Qadınlar.Biz oxu.aza istinaden xəbər verir ki,
adının Vüsal Mərdinli olduğu və "cindar” – cinləri qovan kimi fəaliyyət
göstərdiyi bildirilən şəxs yerdə uzadılmış "xəstənin” başı üzərinə
çökərək, onunla, daha doğrusu onun daxilində olan pis ruhla danışır.

Bu zaman həmin "cindar” yerdə uzanmış şəxsin
daxilindəki "şeytanın” adını soruşur, Qurandan sitatlar gətirir, onu
Allaha itaət etməyə, gənci rahat buraxmağa çağırır. 
Artıq şərhə ehtiyac olmadığını düşünərək, sizləri bu video ilə tanış olmağa dəvət edirik.

Qeyd edək ki, ekzorsizm – pis ruhların və
digər qeyri-təbii varlıqların dinin müəyyənləşdirdiyi dualar, ayinlərin
vasitəsilə xəstənin bədənindən qovulmasıdır. Ekzorsizmin tarixi qədimdir
və bir çox dinlərdə etiqad sisteminin tərkibinə daxildir. Müasir tibb
insanın bənzər şəkilə düşməsini bəd ruhla deyil, psixiki pozğunluqla
yaxud da diqqəti özünə cəlb etməklə əlaqələndirir, ekzorsizm yolu ilə
sağlamanı isə özünətəlqin hesab edirlər.  


İslam dinində ekzorsizmə "cinlərin qovulması” deyilir.






 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!