Azərbaycanlı müğənnilər nədən qorxur? - Sorğu

Azərbaycanlı müğənnilər nədən qorxur? - Sorğu
Xəbərlər
10.09.2017 22
Şou-biznesin tanınmış simalarının nədən qorxduğu ortaya çıxıb.
"Telemaqazin” verilişinin apardığı sorğu zamanı müğənnilər fobiyalarını etiraf ediblər:

Müğənni Günay İbrahimli –
Bir vaxtlar qaranlıqdan qorxurdum, indi öyrəşmişəm. Amma hündürlükdən çox qorxuram. Yüksək yerdən aşağıya baxa bilmərəm.

Müğənni Aysel Əlizadə -
Böyük böcəkdən dəhşət qorxuram. Hətta bir dəfə konsertdə səhnədə gördüm. Mahnı oxuya-oxuya səhnəni dörd dolandım ki, mənə yaxınlaşmasın.

Müğənni Eldar Qasımov –
Həyatda tək qalmaqdan qorxuram. Bir də balaca həşaratlara qarşı fobiyam var.

Əməkdar artist Eyyub Yaqubov –
vaxtımın boş getməsindən narahatam. Qorxuram ki, planlarımı çatdıra bilmərəm. Arzularım, fikirlərim var, istəyirəm, onları həyata keçirim.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!