Əxlaqsız müəllim şagirdini tovlayıb onunla birlikdə oldu - FOTO

Əxlaqsız müəllim şagirdini tovlayıb onunla birlikdə oldu - FOTO
Xəbərlər
10.09.2017 27
İki övlad anası olan 33 yaşlı qadın müəllim işdən qovulub və onun barəsində cinayət işi açılıb...
Kler Horton dərs dediyi şagirdlərdən birini, 16 yaşlı yeniyetməni tovlamaqda və cinsi əlaqəyə sövq etməkdə suçlanıb.
O, həmin yeniyetmə ilə dəfələrlə cinsi əlaqəyə girib.
K.Hortona ömrünün sonunadək pedaqoji fəaliyyətlə məşğul olmaq yasaqlanıb.
Britaniyanın Cənubi Uels qraflığındakı Nyuport şəhərində yaşayan iki övlad anası, 33 yaşlı Kler Hortonla bağlı aparılmış araşdırmada bəlli olub ki, o, hamam və yataq otaqlarında fotolarını çəkərək şagirdinə yollayıb.
Həmin fotolar 16 yaşlı oğlanın Facebook profilinə və Twitter-dəki mikrobloquna göndərilmişdi.
Fitzalan High School-da dizayn və texnlogiya dərsləri deyən müəllimlə bağlı cinsi əlaqələri barədə polisin suallarını cavablayan yeniyetmə hər şeyi danışıb.
Kler Hortonun sözlərinə görə, ərindən boşanma ərəfəsindədir və "şəxsi həyatına kimsə müdaxilə edə bilməz".
"Şagirdimlə cinsi əlaqədə olmamışam. Sadəcə, bir neçə dəfə evimə dəvət etmişəm və qonaq otağında divanda oturaraq danışmışıq, söhbət etmişik.
Ailəmdə ciddi problemlər var. Ərim məni anlamır, mən də ərimi. Məktəb, şagirdlər, işim məni depressiyaya qapılmamağa imkan verən xilas vasitələri idi. O yeniyetmə də çox səmimi, ağıllı idi. Dediklərimə qulaq asırdı. Məni dinləyirdi", - Horton söyləyib.
Polis isə qadın müəllimin sözlərinin həqiqətə uyğun olmadığını sübut edib.

 
Əxlaqsız müəllim şagirdini tovlayıb onunla birlikdə oldu - FOTO
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!